Fransalı senatorlar Azərbaycana səfərdən məmnun qalmışlar

Fransa Senatının enerji araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti oktyabrın 2-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
Milli Məclisin sədri əminliklə demişdir ki, Fransa Senatının enerji araşdırma qrupunu təmsil edən senatorların ölkəmizə bu səfəri Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəkdir. Prezident İlham Əliyevin Fransaya səfərləri zamanı aparılan danışıqlar, imzalanmış sənədlər münasibətlərimizin daha da genişlənməsi üçün möhkəm hüquqi baza yaratmışdır.
Bunun nəticəsidir ki, bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımız çox yüksək səviyyədədir. Fransa Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və ötən il ticarət dövriyyəmiz 5 milyard ABŞ dollarına yaxın olmuşdur. İnanırıq ki, bu rəqəm daha da artacaqdır. Azərbaycan zəngin enerji ehtiyatlarına malik olduğunu artıq sübut etmişdir və Fransa şirkətləri də artıq bunu bilirlər.
O.Əsədov ikitərəfli əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmiş, Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun fəaliyyət göstərdiyini bildirmiş, qarşı tərəfdə də ayrıca belə bir qrupun yaradılmasının zəruriliyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə senatorlara ətraflı məlumat verən O.Əsədov problemin həllinin yubanmasından narahatlığını ifadə etmişdir.
Senator Ladislas Poniatovski nümayəndə heyətinin Azərbaycana səfərdən məmnun qaldığını bildirmişdir. O demişdir ki, senatorlar Azərbaycanda keçirdikləri görüşlərdən, xüsusən də Prezident İlham Əliyev ilə görüşdən çox məmnun qalmışlar. Azərbaycana gələn senatorlar əsasən enerji məsələləri ilə məşğul olurlar. Buna baxmayaraq hesab edirik ki, digər məsələlər ətrafında da fikir mübadiləsinin aparılması əlaqələrimizin hərtərəfli inkişafına xidmət edəcəkdir.
Qonaq vurğulamışdır ki, Fransa Senatında Cənubi Qafqaz ölkələri ilə bir dostluq qrupu vardır. Bəzi çətinliklər üzündən həmin ölkələr ilə ayrıca dostluq qrupu yaratmaq mümkün olmamışdır. Amma Fransa ilə Hindistan arasında xüsusi assosiasiya vardır. Belə bir qurumu Fransa ilə Azərbaycan arasında da yaratmaq mümkündür.
Sonra görüşdə Azərbaycanın birbaşa iştirakı ilə həyata keçirilən enerji layihələri, Fransa ilə əlaqələrin hərtərəfli inkişafı, qarşılıqlı səfərlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında