Bonnda İslam əleyhinə karikaturalar göstərmək qadağan olunub

Almaniyanın Bonn şəhərinin polisi milli partiya olan Pro NRW-nin keçirdiyi aksiyada İslam əleyhinə olan karikaturaları nümayiş etdirməyi qadağan edib. Bundan əlavə, şəhərin hakimiyyət nümayəndələri Pro NRW-yə kral Fəth adına İslam Akademiyasının qarşısında aksiya keçirməyə icazə verməyib.
"Ekspress" qəzetinin yazdığına görə, Bonn polisi Pro NRW-nin aksiya keçirməsinə qadağa qoya bilməyib. Belə ki, hüquqi cəhətdən buna əsas tapılmayıb. Bonnun hüquq-mühafizə orqanları belə hesab edirlər ki, onlar anti-alman aksiyalarından ehtiyat edirlər. Əgər müsəlman ölkələri belə aksiyaları keçirsələr, onda bu, Almaniya üçün çox pis nəticə verə bilər. Bonn radiosunun verdiyi məlumata görə, Pro NRW-nin aksiyasında mindən çox polis ictimai asayişi və təhlükəsizliyi qoruyacaq.
Pro NRW-nin aksiyasında 100 nəfərin iştirak edəcəyi gözlənilir. Onlar müsəlman ölkələrində "Müsəlmanların məsumluğu" filminə görə, qərb dövlətlərinin diplomatik nümayəndəliklərinə hücuma cavab olaraq "Azad söz uğrunda İslam ekstremizminə qarşı" şüarla aksiya keçirəcəklər.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında