Səbaildə Ahıllar Günü

1 Oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Səbaildə Rayon İcra Hakimiyyəti, Veteran Təşkilatları Şurası, Qızıl Aypara Cəmiyyəti rayon şöbəsi, Sosial Müdafiə Mərkəzi və bir sıra ictimai təşkilatların rayon qurumlarının iştirakı ilə Bibiheybət qəsəbəsindəki "Narşərab" restoranında bayram süfrəsi açılmışdır. 
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və can sağlığı arzulayaraq, dövlətin hər bir ahıl vətəndaşı diqqət və qayğı ilə əhatə etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin apardağı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində pensiya və minimum əmək haqlarının məğləği dəfələrlə qaldırılsın. Keçən il 900 min vətəndaşın pensiyası 40 % artmış, bu ilin fevralında isə əmək pensiyalarının sığorta hissəsi 7,9 %-lə indeksləşdirilərək yenidən hesablanmışdır. Bu indeksləşdirmə 12.265 nəfər pensiyaçıya şamil edilərək ümumilikdə 83.691 manat artım ödənilmişdir. Gələn il üçün də pensiya və müavinətlərin artırılması nəzərdə tutulmuşdur.
Bu gün Səbail rayonunda yaşayanların 6,5 %-ni (6073 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Müxtəlif kateqoriyalar üzrə 2515 nəfər sosial müavinət, 401 ailə (1668 ailə üzv) ünvanlı sosial yardım alır. Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 370 nəfər tənha, əlil qeydiyyatdadır, onlara 31 nəfər sosial işçi xidmət göstərir.
2012-ci il may ayının 9-da II Dünya müharibəsində faşizm üzərində qələbənin 67-ci ilönümü münasibəti ilə Dağüstü Parkda keçirilən təntənəli mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin görüşün iştirakçısı, müharibə veteranı, Səbail rayon sakini Əli Surxay oğlu Nəsirova 3 otaqlı mənzil verilmişdir.
A.Əsgərov rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə məlumat vermiş, sosial-iqtisadi inkişafı üçün nəzərdə tutulan işlərdən danışmış və bildirmişdir ki, veteran və yaşlı nəsil nümayəndələrinin məsləhət və təkliflərinə böyük ehtiyac vardır.
Çıxış edənlərdən Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Respusblika Veteranlar Təşkilatının məsul katibi Əlfaim İsmayılov və başqaları rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmış və ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Görüşdə iştirak edən ahıllara RİH tərəfindən ərzaq bağlamaları təqdim olunmuşdur.
Tədbirdə əməkdar artist Aybəniz Haşımova və gənc ulduzların iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.

{nl}

R. TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında