Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayonunda tədbir keçirilmişdir

Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayonunda tədbir keçirilmişdir. Rayonda yaşayan yaşlı insanlar üçün "Oğuzxan" şadlıq evində təşkil edilmiş mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov qeyd etmişdir ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları ahıl hesab olunur. Ölkəmizdə əmək pensiyaçılarının 371 minə yaxını ahıl vətəndaşlardır.
Natiq bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev ahıllara həmişə xüsusi diqqət və qayğı göstərir. Hər il 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ölkəmizin hər yerində olduğu kimi, Binəqədi rayonunda da yüksək səviyyədə qeyd olunur. Respublikamızda qəbul edilmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq rayonda bu istiqamətdə müvafiq işlər görülür.
Respubıika Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan İqtisad Universitetinin prorektoru Əli Həsənov, Bakı Şəhər Veteranlar Şurasının sədri Məmməd Qarayev və rayon Veteranlar Şurasının sədri Telman Hətəmov çıxış edərək bu zümrədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçırilən tədbirlər barədə danışmış, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmişlər.
Tədbirdə 100 nəfər ahıla maddi yardım edilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında