İçməli su xətti istifadəyə verilmişdir

Masallı rayonunun Gəyəçöl kəndində 5 kilometr uzunluğu olan içməli su xəttinin əsaslı təmirdən sonra açılışı münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısının Gəyəçöl ərazi vahidliyi üzrə nümayəndəsi Elman Rəhimov açaraq bu münasibətlə kənd əhalisini təbrik etmişdir. O, 20 ildən artıq Gəyəçöl kəndinin içməli su problemi olduğunu qeyd edərək, görülən işlərə və diqqətə görə minnətdarlıq etmişdir. İçməli su xəttinin 3500 nəfər əhaliyə xidmət edəcəyini vurğulamışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 20 ildən sonra Gəyəçöl kənd əhalisinin içməli su probleminin həll olunması ilə əlaqədar təbriklərini çatdırmış, rayonda və ərazilərdə həyata keçirilən quruculuq işlərindən, sosial problemlərin həllindən bəhs edərək ölkə Prezidenti cənab İlham Əliyevə rayon əhalisi adından minnətdarlıq ifadə etmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq daxili imkanlar hesabına bu prosesin müntəzəm olaraq davam etdiriləcəyini, içməli suya ehtiyacı olan digər kəndlərə də suyun veriləcəyini qeyd etmişdir.
Sonra Gəyəçöl kənd sakinləri-ağsaqqal Həsənbala Həsənov, müəllim Aydın Abdullayev və bələdiyyə sədri Niyaz Abıyev çıxış edərək sosial-məişət qayğılarının həllindən danışmış və su xəttinin gəyəçöllülər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar. O cümlədən, respublikamızda və rayonda həyata keçirilən tikinti-abadlıq işlərinin geniş vüsət aldığını, insanların sosial problemlərinin müntəzəm həll edildiyini müsbət dəyərləndirmiş, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini bildirmişlər.

{nl}

Ə.ƏLİYEV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında