Vergidən yayınan sahibkarlar barəsində cinayət işləri məhkəməyə göndərilib

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən aparılmış araşdırma zamanı bir necə fakt üzrə sahibkarların vergidən yayındığı aşkara çıxarılmışdır. 
Belə ki, 1953-cü il təvəllüdlü, Bakı şəhəri sakini, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, döngə 12 ünvanda yaşayan, "Vüsal-R" şirkətinin rəhbəri Tağıyev Musa Həsən oğlu Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 53.1, 77.3, 78.1, 103.1, 104.1, 152.1, 177.1.3 və 180.1-ci maddələrin tələblərini pozaraq, vergi orqanına təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif edilmiş məlumatlar daxil etməklə 37 min 496,73 manat məbləğində vergiləri dövlət büdcəsindən yayındırmışdır. O, şirkətin qeydiyyatda olduğu 6 saylı Ərazi Vergilər İdarəsinə təqdim etdiyi ƏDV bəyannaməsində vergi tutulan dövriyyənin olmadığını göstərmiş, mənfəət vergisinin bəyannaməsində əldə etdiyi gəlirin məbləğini az göstərməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulan (xeyli miqdar təşkil edən vergidən yayınma) cinayət əməli törətmişdir. İş üzrə ittiham aktı Respublika Baş Prokurorluğunda təsdiq olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir.
Digər cinayət əməli 1970-ci il təvəllüdlü, Bakı şəhəri sakini, Nərimanov rayonu, Ağasadıq Gəraybəyli 11/15, mənzil 10 ünvanında yaşayan Nağıyev Musa Asəf oğlu tərəfindən törədilmişdir. O, vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə "Qlobal N.M.A." (VÖEN 2901516601), "TNT LTD" (VÖEN 2901515531), "Fox Com" (VÖEN 2901515941) və "Pronto LTD" (VÖEN 2901525661) məhdud məsuliyyətli cəmiyyətlərini təsis edərək onlara rəhbərlik etmiş və bu müəssisələrin mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə, 78 min 608,36 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. M.Nağıyev 2 saylı ƏVİ-də qeydiyyata alınmış, təqdim edilən vergi bəyannamələrində təsisçisi və rəhbəri olduğu "Qlobal N.M.A" MMC üzrə 4 min 98,94 manat, "TNT LTD" MMC üzrə 5 min 225,66 manat, "Fox Com" MMC üzrə, 3 min 952,46 manat, "Pronto LTD" üzrə 3 min 77,54 manat məbləğində sadələşdirilmiş verginin miqdarını azaldaraq xeyli miqdarda vergidən yayınmaya yol vermişdir. M.Nağıyev "TNT LTD", "Fox Com" və "Pronto LTD" MMC-lər üzrə ƏDV məqsədləri üçün qeydiyyata alınmağa dair ərizə verməyə borclu olduğu halda, bunu etməmiş və müvafiq olaraq büdcəyə ödənilməli 4 min 275,08 manat, 19 min 525,42 manat və 35 min 175,64 manat məbləğində əlavə dəyər vergisini və 3 min 277,62 manat məbləğində hüquqi şəxslərin mənfəət vergisini büdcədən yayındırmış, beləliklə də, CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulan (xeyli miqdar təşkil edən vergidən yayınma) cinayət əməli törətmişdir.
Cinayət işi üzrə 25 sentyabr 2012-ci il tarixdə ittiham aktı tərtib edilmiş və baxılması üçün Respublika Baş Prokurorluğuna göndərilmişdir.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında