Nəsimi rayonunda Ahıllar Günü qeyd edilmişdir

BMT Baş Assambleyasının qətnaməsi ilə 1990-cı ildən hər il oktyabrın 1-də qeyd edilən Ahıllar Günü ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən Azərbaycanda da keçirilir.
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan bütün kateqoriyalardan olan insanlar kimi ahıllar da daim diqqət və qayğı ilə əhatə olunublar. Ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə "Ahıllara sosial xidmət haqqında" Qanun imzalayıb. Həmin qanuna əsasən yaşı 70-ə çatmış Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab edilirlər. Prezident İlham Əliyev 2006-cı ildə "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqram"nın təsdiq edilməsi barədə sərəncam imzalamış və bu, ahılların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində islahatların həyata keçirilməsinə şərait yaratmışdır. Ötən 5 il ərzində dövlət başçımız İlham Əliyev yaşa görə əmək pensiyalarının baza hissəsinin artırılması ilə əlaqədar 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam imzalayıb. Nəticədə, əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb.
Nəsimi rayonunda hazırda 10 mindən çox ahıl vətəndaş yaşayır. Ölkəmizin hər yerində olduğu kimi, rayonda da bu insanlara daim qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində rayon rəhbərliyi tərəfindən zəruri işlər həyata keçirilir. Rayon sakini olan 358 tənha və kimsəsiz ahıl isə xüsusi qayğı ilə əhatə olunub. 1 Oktyabr-Ahıllar Günü ərəfəsində Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları həmin insanlara evlərində baş çəkmiş, onların problemləri ilə maraqlanmış və qaldırılan məsələlərin həlli üçün lazımi işlər görmüşlər. Ahıllara maddi yardım verilmişdir.
Oktyabrın 1-də Nəsimi Rayon İcra Hakimiyyətində 150 ahılın iştirakı ilə görüş keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev ahılları əlamətdar gün münasibətilə təbrik etmiş, onlara cansağlığı arzulamışdır. O bidirmişdir ki, ölkəmizdə ahıl insanlara daim böyük diqqət və qayğı göstərilir, onların sosial müdafiəsi istiqamətində məqsədyönlü işlər görülür və genişmiqyaslı proqramlar həyata keçirilir. Son illər dünya iqtisadiyyatında tənəzzül və maliyyə böhranı bir çox ölkələrdə maaş və pensiyaların azalmasına, sosial proqramların ixtisarına gətirib çıxardığı halda, Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində bütün istiqamətlərdə olduğu kimi, sosial sahədə də böyük nailiyyətlər əldə edilir, maaş və pensiyalar mütəmadi olaraq artırılır. Bütün bunlar Azərbaycanda sosialyönümlü, insanların rifah halının yaxşılaşdırılmasına istiqamətlənmiş siyasətin həyata keçirildiyinə bariz nümunədır. Ahılların sosial müdafiəsi, onların problemlərinin həlli istiqamətində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun fəliyyəti xüsusi vurğulanmalıdır.
Görüşdə çıxış edən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri İmran Cəfərzadə və rayon veteranlar şurasının sədr müavini Ələkbər Quliyev onlara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçımız İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirdən sonra ahıllara yardım verildi.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında