Ziyafət Əsgərov amerikalı konqresmenin Cənubi Azərbaycanla bağlı hazırladığı layihəni kəskin tənqid edib

"İranla Azərbaycanın dostluq münasibətləri var. Kimin nə problemi varsa, getsin öz problemini həll etsin".
APA-nın xəbərinə görə, bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentdə çıxışı zamanı ABŞ Konqresinin üzvünün Cənubi Azərbaycanla bağlı hazırladığı layihəyə münasibət bildirərkən deyib. O, bəzi tərəfləri Azərbaycana və azərbaycanlılara problem yaratmaqda, İranla Azərbaycanın arasını vurmaqda ittiham edib: "İran Azərbaycanın, Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır. O layihənin Ağ Evə göndərilməsi, Konqresdə müzakirəyə çıxarılması Azərbaycana qarşı səmimiyyətdən irəli gəlmir. Yaxşı olar ki, həmin konqresmen ABŞ prezidentini, ATƏT-in Minsk Qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə, Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyinə görə Ermənistana təzyiq etməyə çağıraydı. Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında