Bu gündən bəzi Rusiya avtomobillərinin Azərbaycana idxalına qadağa qoyulub

Bu gündən etibarən Rusiya istehsalı olan bəzi avtomobillərin Azərbaycana idxalı qadağan edilib.
APA-ECONOMICS-in məlumatına görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
A.Əliyev qeyd edib ki, hökumətin qərarına uyğun olaraq, oktyabrın 1-dən artıq bəzi avtomobillər ölkəyə buraxılmır: "Söhbət "VAZ-2107" və "VAZ-2115" markalı avtomobillərdən gedir".
Komitə sədri bildirib ki, əslində bu qadağa yalnız bu gündən qüvvəyə minsə də, belə maşınlar Azərbaycana artıq bir neçə aydır ki gətirilmir: "Son 3-4 ay ərzində bu maşınların ölkəyə idxalı ümumiyyətlə olmayıb, baxmayaraq ki, qadağa bu gündən qüvvəyə minib. Bu gündən etibarən isə həmin maşınlar ümumiyyətlə ölkəyə buraxılmayacaq".
A.Əliyev "Euro-3" yanacaq standartına cavab verməyən və istehsal tarixi 2001-ci ilədək olan avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulması barədə məlumatlara aydınlıq gətirərək belə qərarın olmadığını bildirib: "Hələlik bununla bağlı heç bir yenilik yoxdur, qərar qəbul olunsa onu icra edəcəyik, amma oktyabrın 1-i tarixinə belə qərar yoxdur".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında