Gürcüstanda parlament seçkilərini müşahidə edən Azərbaycan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsini ziyarət etmişdir

Gürcüstan parlamentinə oktyabrın 1-də keçirilən seçkiləri müşahidə edən Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət etmiş, önünə əklil qoymuş, gül dəstələri düzmüşdür. 
Tədbirdə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Milli Məclisin deputatları Elton Məmmədov, Əli Məsimli, Mirkazım Kazımov, Asəf Hacıyev, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, ölkəmizin Gürcüstandakı səfiri Azər Hüseyn iştirak etmişlər.
M.Pənahov AzərTAc-a bildirmişdir ki, müxtəlif missiyaların tərkibində Azərbaycanın böyük nümayəndə heyəti Gürcüstanda seçkiləri müşahidə edəcəkdir. Biz Gürcüstanın Mərkəzi Seçki Komissiyası sədrinin şəxsi dəvəti ilə bu ölkəyə gəlmişik. Azərbaycan müşahidə missiyalarının tərkibində ən geniş şəkildə təmsil olunmuşdur. Bu da təbiidir. Çünki ölkələrimiz arasında əlaqələr gündən-günə möhkəmlənir, dövlət başçıları səviyyəsində münasibətlər yüksək səviyyədədir.
M.Pənahov Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə seçkilərin gedişini müşahidə etmək niyyətində olduqlarını demişdir.

{nl}

İslam ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Tbilisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında