Azərbaycanın Baş naziri ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikası Milli Gömrük İdarəsinin baş direktoru ilə görüşmüşdür

Oktyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikası Milli Gömrük İdarəsinin baş direktoru Enrike Cilberto Kanon Pedraqosa ilə görüşmüşdür.
Səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Enrike Cilberto Kanon Pedraqosa regionun ən inkişaf etmiş ölkələrindən biri olan Azərbaycana gəlişindən şərəf duyduğunu deyərək, ölkəmizdə müşahidə etdiyi böyük quruculuq işlərindən, iqtisadi inkişafın səviyyəsindən, o cümlədən dövlət qayğısı sayəsində qurulmuş müasir gömrük xidməti sistemindən və onun yüksək texniki təchizatından məmnunluqla danışmışdır.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanla Uruqvay arasında ticarət dövriyyəsinin vəziyyəti, iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanları barədə söhbət gedərkən hər iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın hüquqi bazasının yaradılması üçün lazımi müqavilələrin hazırlanması da tövsiyə olunmuşdur.
Qəbul zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Baş nazir Artur Rasizadə problemin ancaq beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinin mümkün olduğunu nəzərə çatdırdı.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev qəbulda iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında