Paytaxtın su təchizatı sisteminin imkanları artırılır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti paytaxt sakinlərinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Artıq bu məqsədlə mövcud şəbəkələr yenilənir, əlavə xətlər çəkilir. 
Məlumat üçün bildiririk ki, "2011-2013-cü illər Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisadi inkşafına dair Dövlət Proqramı"nda da paytaxt sakinlərinin fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi məqsədilə mühüm tədbirlər nəzərdə tutulmuşdur. Proqramın icrasına başlanıldığı vaxtdan ötən dövr ərzində Bakıətrafı qəsəbələrdə bununla bağlı xeyli iş görülmüş, paytaxtın bəzi yaşayış məntəqələrinə içməli suyun fasiləsiz verilməsi təmin olunmuşdur.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ən böyük layihələrdən olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası da uğurla davam edir. "Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hazırda Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən yeni tikiləcək "+ 118" su anbarına qədər 11 kilometr uzunluğunda 1620 millimetrlik iki, eləcə də "+ 118" su anbarından Balaxanı anbar kompleksinə qədər 21 kilometr uzunluğunda 1420 millimetrlik eyni sayda paralel xətlər çəkilir.
Tikinti işlərinə başlandığı vaxtdan indiyə qədər üç kilometr uzunluğunda boru qaynaq edilmiş, beş kilometrdən artıq hissədə xəndək qazılmışdır. İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsi ilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək səviyyədə saxlanması və korroziyanın qarşısının alınması üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənmişdir. Ümumi uzunluğu 150 kilometrdən artıq olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin tikintisi 2013-cü ildə başa çatdırılacaq.
Xatırladaq ki, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin ərazisində tikilən ultrasüzgəcli sutəmizləyici qurğu və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su xətti istismara veriləndən sonra Abşeron yarımadasının şərq hissəsindəki kənd və qəsəbələrin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Belə ki, indiyə qədər qrafiklə su alan ərazilərlə yanaşı, mərkəzləşdirilmiş qaydada içməli su almayan Pirallahı, Zirə, Dübəndi, Qala, Şüvəlan, Mərdəkan və digər qəsəbələrə fasiləsiz su veriləcək. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq ətraf qəsəbələrin hər birində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq, suyun özüaxımlı rejimdə aparılması məqsədilə ümumi tutumu 200 min kubmetrdən çox olan 10 anbar kompleksi inşa olunacaq. Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı xətti ilə nəql olunan suyun bir hissəsi Hövsan, Suraxanı və Sabunçu qəsəbələrinə yönəldiləcək. Ümumilikdə, məhsuldarlığı saniyədə 6 kubmetr olacaq Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin çəkilişi Abşeron yarımadasında bir milyon nəfərdən artıq sakinin içməli su təchizatının yaxşılaşmasına səbəb olacaq.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında