Akademik Milli Dram Teatrında "Napoleon" tamaşasının premyerası keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ferdinand Bruknerin "Napoleon" əsəri əsasında hazırlanan eyniadlı iki hissəli psixoloji dramın premyerası keçirilib. APA-nın məlumatına görə, anşlaqla baş tutan tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Rəqslərin quruluşu əməkdar incəsənət xadimi Rimma Məmmədovaya məxsusdur. 
Tamaşada Napoleon obrazını Sumqayıt Dövlət Dram Teatrından dəvət olunmuş Oqtay Mehdiyev, Jozefina obrazını xalq artisti Zemfira Nərimanova canlandırıb. Eyni zamanda səhnə əsərində əməkdar artistlər Sabir Məmmədov (Bertye), Elşən Rüstəmov (Taleyran), aktyorlar Şəhla Əliqızı (Mariya Valevska), Türkel Şabanova (Mariya Luiza), Sərdar Rüstəmov (meneval), Rumiyyə Ağayeva (rəqs müəllimi, bayraqda), Elçin Əhmədov (Fuşe), İlqar Baxşıyev (şeypurçu), Teymur Bədəlov və Vasif Həsənəliyev (təbilçilər) rol alıblar.
Jozefina rolunu canlandıran xalq artisti Zemfira Nərimanova tamaşanın sonunda izləyicilərin ayaq üstdə onları alqışlamasından təsirlənib: "Tamaşanın uğurlu keçməsi, izləyicilərin sona kimi oturub yekunu gözləməsi və sonda ayaq üstdə bizi alqışlamaları mənə xoşbəxt anlar yaşatdı. Hər birimiz tamaşada can qoyduq. Tamaşanın bundan sonra da müvəffəqiyyət qazanacağına inanıram".
İki hissəli "Napoleon" tamaşası bir saat 40 dəqiqə davam edir. Aktyorların geyimləri Akademik Milli Dram Teatrının dərziləri tərəfindən hazırlanıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında