Babək rayonunun Kərimbəyli kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Babək rayonunun Kərimbəyli kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni sosial obyektlərin açılış mərasimlərində iştirak etmişdir.
Əvvəlcə əsaslı şəkildə yenidən qurulan Kərimbəyli kənd avtomobil yolunun açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmişdir.
Kənd sakini Mirqafar Seyidov həyata keçirilən quruculuq işlərini dövlətimizin başçısının kəndlərin inkişafına göstərdiyi qayğı kimi dəyərləndirmiş, sakinlər adından minnətdarlıq etmişdir.
Məlumat verilmişdir ki, 4,5 kilometr uzunluğundakı kənddaxili dairəvi avtomobil yolu yenidən qurulmuş, yolun yatağı genişləndirilərək hərəkət hissəsinin eni 9 metrə çatdırılmış, asfalt örtük salınmışdır. Yenidənqurma işləri aparılarkən yola 32 su keçidi qoyulmuş, xətlənmiş və yol hərəkəti qaydalarına uyğun olaraq işarələnmişdir. Kənd yolu Hacıvar-Vayxır avtomobil yoluna birləşdirilmişdir. Bu da Naxçıvan-Batabat magistralına birbaşa çıxışı təmin edir.
Sonra Kərimbəyli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagird kollektivini təbrik etmiş, ulu öndər Heydər Əliyevin "Cəmiyyətin gələcəyi təhsilin vəziyyətindən asılıdır" fikrini xatırlatmışdır.
Ali Məclisin sədri demişdir: "Bu gün müəllim və şagirdlərin istifadəsinə müasir məktəb binası verilir. 396 şagird yerlik bu məktəbdə 3-ü elektron lövhəli olmaqla, 22 sinif otağı, fənn laboratoriyaları və kabinələri, 2 kompyuter otağı, idman zalı və kitabxana vardır. Müasir tədris avadanlığı və yaradılan şərait tədrisin yüksək səviyyədə təşkilinə, təhsil ocağında ölkəmizin gələcəyi üçün savadlı, intellektli gənclərin yetişdirilməsinə imkan verəcək, burada təhsil alan hər bir gənc gələcəkdə dövlət quruculuğunun fəal iştirakçısına çevriləcəkdir. Ona görə də müəllimlər dərslərin yüksək səviyyədə tədris olunmasına diqqəti artırmalı, şagirdlər daha səylə çalışmalıdırlar".
Vasif Talıbov yaradılanlardan səmərəli istifadə olunacağına əminliyini bildirmiş, müəllim və şagirdlərə uğurlar arzulamışdır.
Sonra Ali Məclisin sədri Babək rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən 15-nə kompyuter dəsti hədiyyə etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, yeni inşa olunan məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Təhsil ocağında müasir sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, hərbi kabinə, 2 kompyuter otağı, 2 müəllimlər otağı, bufet və idman zalı vardır.
Kərimbəyli kəndində həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində yeni kənd mərkəzi də inşa olunmuşdur.
Yeni kənd mərkəzinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kərimbəyli kəndində kompleks abadlıq-quruculuq işlərinin aparıldığını qeyd etmiş, bu münasibətlə tədbir iştirakçılarını təbrik edərək demişdir: "Kərimbəyli kəndi muxtar respublikanın abadlaşan kəndlərinin sırasına daxil olmuşdur. Kənddə məktəb binasının, yolun, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, subartezian quyusunun istifadəyə verilməsi, kəndin elektrik, qaz və rabitə xətlərində təmir işlərinin aparılması sakinlərin rahatlığına xidmət edir. Həyata keçirilən bu tədbirlər kənd əhalisinin sosial problemlərinin həll olunması baxımından mühüm əhəmiyyət daşıyır".
Qeyd edilmişdir ki, bu gün Kərimbəyli kəndində yaşayan 1700 nəfərdən artıq sakin də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Kənd əhalisinin 510 nəfəri dövlət büdcəsindən əməkhaqqı, müavinət və təqaüd formasında vəsait alır. Bu, dövlətimizin kənd sakinlərinin sosial rifah halının yaxşılaşmasına göstərdiyi qayğı və diqqətin daha bir nümunəsidir.
Kəndlərdə torpaqların özəlləşdirildiyini bildirən Ali Məclisin sədri demişdir ki, bu torpaqlardan səmərəli istifadə olunması, fərdi təsərrüfatların genişləndirilməsi üçün dövlətimiz tərəfindən güzəştli şərtlərlə kreditlər verilir. Sakinlər dövlətin bu qayğısından səmərəli istifadə etməli, qurulanları qorumalıdırlar.
Ali Məclisin sədri sakinləri bir daha təbrik etmiş, kənd mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
Həmin gün Kərimbəyli kəndində yeni həkim ambulatoriyasının və xidmət mərkəzinin açılışı olmuş, subartezian quyusu istifadəyə verilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında