Binəqədi rayonu payız-qış mövsümünə hazırdır

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında rayon təsərrüfatının 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar Şura iclası keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iclasda giriş nitqi söyləmişdir.
Sonra söz rayon icra hakimiyyəti başçısının birinci müavini Qəzənfər Novruzova verilmişdir. Bildirilmişdir ki, rayon icra hakimiyyəti başçısı yanında Şuranın 2012-ci il üçün iş planına uyğun olaraq aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi rayon təsərrüfatı şöbəsi ilə birlikdə payız-qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər haqqında məsələni araşdırmışdır. Müəyyən etmişdir ki, rayonun ayrı-ayrı kollektivlərində payız-qış mövsümünə hazırlıqla əlaqədar konkret işlər görülmüşdür. Belə ki, rayonun qəsəbə və bələdiyyələrində, eləcə də xidmət sahələrində payız-qış mövsümünə hazırlıqla əlaqədar müvafiq əmrlər verilmiş, məsul şəxslər müəyyənləşdirilmiş və tədbirlər planı təsdiq edilmişdir. Ötən müddət ərzində nəzərdə tutulmuş tədbirlər planının icrasına başlanılmış və bir sıra işlər reallaşdırılmışdır.
Şura iclasında rayon qaz istismarı sahəsinin baş mühəndisi İlham Zeynalov, 3 saylı istilik sistemlərinin istismarı sahəsinin rəisi Rövşən Tağıyev, Sukanal Departamentinin baş mühəndisi Samir İsmayılov, rayon enerji təchizatı və satışı idarəsinin rəisi Azad Mustafayev, Biləcəri enerji təchizatı və satışı idarəsinin rəisi İlham Dostəliyev 2012-2013-cü illərin payız - qış mövsümünə hazırlıqla əlaqədar görülən işlərdən, qarşılaşılan problemlərdən danışmışlar.
İclası başçı X.İsgəndərov yekunlaşdırmış, müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.

{nl}

V. BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında