Azərbaycan və İsveç qadınları arasında gender sahəsi üzrə mövcud perspektivlər müzakirə olunmuşdur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti İsveçdə səfərdə olmuşdur. 
Komitənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin ilk günü, sentyabrın 24-də Stokholm şəhərində "Qadınlar siyasətdə" mövzusunda "dəyirmi masa" keçirilmişdir. AQUPDK-nın sədri geniş məzmunlu məruzə ilə çıxış etmişdir. Komitə sədri respublikada hər üç istiqamətdə görülən işlərdən, ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün atılan addımlardan danışmışdır. H.Hüseynova Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə xüsusi diqqəti nəticəsində ölkəmizdə bu istiqamətdə böyük irəliləyiş əldə edildiyini və gələcəkdə bu fəaliyyətin daha da genişləndiriləcəyini qeyd etmişdir.
Sentyabrın 25-də "East Capital İnternational AB" təşkilatında görüş keçirilmişdir.
Görüşdə H.Hüseynova gender bərabərliyinin təmin edilməsi istiqamətində əsas maneələrdən sayılan qadınlara qarşı zorakılığın bütün dünya dövlətlərini narahat etdiyini bildirmişdir. Son zamanlar dünya ictimaiyyəti tərəfindən bu problemə diqqətin artdığını qeyd edən komitə sədri Azərbaycanda da bu istiqamətdə qanunvericilik sahəsində önəmli addımlar atıldığını vurğulamışdır.
Səfərin üçüncü günü, İsveç parlamentində görüş təşkil olunmuşdur. Parlament spikerinin birinci müavini xanım Susanne Eberstein ilə görüşdə H.Hüseynova respublikamızda sosial sahədə əldə olunan nailiyyətləri xüsusilə qeyd etmişdir. Prioritet mövzular ətrafında fikir mübadiləsi görüşün əsasını təşkil etmişdir.
Daha sonra Stokholm Şəhər İcra Hakimiyyətində keçirilmiş görüşdə hər iki ölkədə qadınların vəziyyəti, gender bərabərliyi kimi məsələlər müzakirə olunmuşdur.
Daha sonra "Qadın liderliyi" , "Gender bərabərliyi", "Qadınlar sərmayəçi kimi" mövzularında plenar iclaslar keçirilmişdir. Qeyd olunan mövzuların müzakirəsi zamanı Azərbaycan və İsveç qadınlarının əldə etdikləri nailiyyətlərlə yanaşı, həmin sahələr üzrə mövcud perspektivlər müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında