Əməkdar jurnalist Xalid Niyazovun "Azərbaycana sevgi ilə" və "Qılınc, yoxsa qələm?!" kitablarının təqdimatı olmuşdur

Sentyabrın 28-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun doktorantı, əməkdar jurnalist Xalid Niyazovun "Azərbaycana sevgi ilə" və "Qılınc, yoxsa qələm?!" kitablarının təqdimatı keçirilmişdir.
Tədbirdə AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli, professorlar Ramiz Əsgər, Qafar Cəbiyev və İsaxan Vəliyev təqdim olunan kitabların mahiyyəti və əhəmiyyəti barədə söhbət açmışlar.
Bildirilmişdir ki, Azərbaycan dövlətinə, dövlətçiliyinə, xalqımızın ümummilli lideri Heydər Əliyevin dirçəliş və tərəqqi fəlsəfəsinə inam, dövlətin daxili və xarici siyasi xətti, demokratik dəyərlər, müstəqillik idealları, ölkənin uğurlu neft siyasəti, ulu öndərin müəyyənləşdirdiyi yolla qətiyyətlə irəliləyən Prezident İlham Əliyevin apardığı uğurlu rifah və inkişaf xəttinin təbliği, çeşidli ictimai-siyasi problemlərə münasibətdə əqidə bütövlüyü, prinsip yenilməzliyi və ədalətli mövqe - bütün bu keyfiyyətlər tanınmış jurnalist və publisist Xalid Niyazovun "Azəbaycana sevgi ilə" kitabına toplanmış məqalələrin əsas mövzusunu və aparıcı ideya istiqamətini təşkil edir. Müxtəlif illərdə, müxtəlif ictimai-siyasi hadisələrə çevik vətəndaş-yazar reaksiyasının məhsulu kimi ərsəyə gəlmiş məqalələrin janrını səlist jurnalist təhkiyəsi, sərrast siyasətşünas müşahidəsi və obyektiv hüquqşünas mövqeyi müəyyənləşdirir.
Xalid Niyazovun "Qılınc yoxsa qələm?!" kitabında isə müxtəlif illərdə qələmə aldığı məqalələr toplanmışdır.
Doqquz fəsildə təsnifləndirilmiş yazılar ən müxtəlif mövzulara həsr olunmuşdur: cəmiyyətin mənəvi ülgüləri, etik-əxlaqi dəyərlər, mətbuatın "ekologiyası", cəmiyyət-insan-şəxsiyyət üçbucağı ətrafında düşüncələr... Məqalələr janr əlvanlığı ilə seçilsə də, hamısını birləşdirən vahid ideya-qayəvi xətt vardır - səmimilik, düzlük, prinsipiallıq, peşəkarlıq və bir də yüksək ictimai-mənəvi məsuliyyət. Məhz həmin məziyyətlər fərqli ovqat və zamanlarda ərsəyə gəlmiş yazıların müasirliyini və aktuallığını şərtləndirir.
Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların təmsilçilərinin, alimlərin və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə təqdim olunan kitabların məziyyətləri barədə fikir mübadiləsi aparılmışdır.
Sonda Xalid Niyazov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında