Fəaliyyəti qanunla dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru tərəfindən KİV-də yayımlanmış video materialda əks olunan məlumatlarla bağlı cinayət işi başlanılmışdır

Fəaliyyəti qanunla dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı sentyabrın 25-də kütləvi informasiya vasitələrində yayımlanmış video materialda əks olunan məlumatlar Bakı Şəhər Prokurorluğunda araşdırılmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qeyd olunan audio və video yazılarda dələduzluğun, yəni etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə məhkəmə-portret, video və audio yazıların kriminalistik ekspertizaları təyin edilmiş, müvafiq orqanlara tapşırıqlar göndərilmiş, zəruri sorğular və əməliyyat tapşırıqları verilmişdir. Hazırda iş üzrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.
İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında