"Azernews" qəzetinin 15 illik yubileyi qeyd edilmişdir

Sentyabrın 27-də Azərbaycan Mətbuat Şurasında (MŞ) "Azernews" qəzetinin 15 illik yubileyinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.
"Dəyirmi masa"da Mətbuat Şurası idarə heyəti üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkəmizin aparıcı KİV-lərinin təmsilçiləri, ictimai xadimlər və media ekspertləri iştirak etmişlər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azernews" qəzetinin ölkəmizdə ingilis dilində çıxan ilk mətbu nəşr olduğunu, 15 il ərzində fasiləsiz fəaliyyət göstərərək həftədə bir dəfə oxucularının görüşünə gəldiyini və indiyədək 960 nömrəsinin işıq üzü gördüyünü demişdir.
Tədbirdə "Azernews" qəzetinin qurucusu və uzun illər baş redaktoru olmuş Fazil Abbasova Mətbuat Şurasının diplomu təqdim edilmişdir.
Fazil Abbasov göstərilən diqqətə görə Mətbuat Şurasına minnətdarlığını bildirmiş, nəşrin yaranma tarixindən və 15 ildə keçdiyi yoldan ətraflı söhbət açmışdır.
Sonra qəzetin baş redaktoru Sevil Mikayılova fəaliyyət istiqamətlərindən danışmışdır. Bildirmişdir ki, məqsədimiz "Azernews"u beynəlxalq aləmdə tanınan və qəbul edilən nüfuzlu mətbuat orqanına çevirməkdir. Bunun üçün redaksiya heyətimiz yenidən formalaşdırılmış, ingilis dilini mükəmməl bilən, əsasən siyasət və iqtisadiyyat sahəsində ixtisaslaşan gənc kadrlar işə cəlb edilmişdir.
Mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Ahmed Doğan və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Kim Conq-Ho yubilyar qəzetin kollektivinə təbriklərini çatdırmış, ölkələrində də "Azernews"un oxucularının olduğunu və onun hər nömrəsinin maraqla qarşılandığını qeyd etmişlər.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli, MŞ idarə heyətinin üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq qəzeti"nin əməkdaşı Tahir Aydınoğlu və digər çıxışçılar yubilyarı təbrik etməklə yanaşı, nəşrin fəaliyyətinin təkmilləşdirilməsinə yönələn təkliflərini də səsləndirmişlər.
Sonda "Azernews" qəzetinin baş direktoru Sevda İlhamqızı yubiley tədbirinin təşkilatçılarına və mərasimin iştirakçılarına rəhbərlik etdiyi mətbu kollektivin adından minnətdarlığını bildirmişdir.
AzərTAc
Düşmən cavab atəşi ilə susdurulmuşdur
Ermənistan ordusunun bölmələri sentyabrın 27-də və 28-də gecə Goranboy rayonunun Tap Qaraqoyunlu, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında