BMT-nin İnkişaf Proqramı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə 170 min manat dəyərində 18 info-terminal hədiyyə etmişdir

BMT-nin İnkişaf Proqramı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (DGK) malların elektron qaydada bəyan edilməsi üçün 170 min manat dəyərində 18 info-terminal hədiyyə etmişdir.  
BMT-nin İnkişaf Proqramının "Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək" layihəsi çərçivəsində alınmış avadanlıq vətəndaşlara gömrük bəyannaməsini elektron formatda doldurmaq və geniş məlumat almaq imkanı verəcəkdir.
İnfo-terminalların təqdimat mərasimində DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirmişdir ki, 1999-cu ildən DGK BMT-nin İnkişaf Proqramı ilə birgə layihələr reallaşdırır. Bu layihələr Azərbaycanda gömrük xidmətinin modernləşdirilməsinə yönəldilmişdir. Komitə sədri Azərbaycana son dövrlərdə xarici qonaqların, turist axınının çox olduğunu nəzərə alaraq bu info-terminalların çox böyük əhəmiyyət kəsb etdiyini demişdir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura respublikamızda gömrük xidmətinin çox böyük inkişaf yolu keçdiyini vurğulamış, hazırda bu sahədə ən son texnologiyalardan istifadə edilməsini yüksək qiymətləndirmişdir. F.Akçura Azərbaycan gömrüyünün gələcəkdə də inkişafı istiqamətində birgə layihələrin reallaşdırılmasına hazır olduqlarını bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında