Villem Frederik EEKELEN: Azərbaycan Ermənistandan çox irəlidədir

Azərbaycan Ermənistandan çox irəlidədir və münaqişənin ədalətli həllinə nail olacaqdır.
Bu sözləri sentyabrın 27-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə Bakıda keçirilən "Körpülərin salınması" beynəlxalq konfransın iştirakçısı, Niderlandın sabiq müdafiə naziri və NATO Parlament Assambleyasının üzvü Villem Frederik Eekelen AzərTAc-a müsahibəsində demişdir.
O vurğulamışdır ki, Azərbaycan bölgədə və dünyada öz mövqeyini çox gücləndirmişdir. Son illərdə Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti, Azərbaycan diasporunun gördüyü işlər, ölkənin həm hərbi, həm də iqtisadi sahələrindəki sürətli inkişafı təqdirəlayiqdir. Azərbaycan inkişaf baxımından Ermənistandan çox irəlidədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bir qədər vaxt tələb edə bilər. Ancaq Azərbaycan işğal olunmuş torpaqlarını qaytarmağa qadir ölkədir.
Bakı haqqında da fikirlərini bildirən V.F.Eekelen ötən il paytaxtımızda keçirilən humanitar forumda iştirak etdiyini və şəhərin bir il ərzində sürətli inkişafına heyran olduğunu qeyd etmişdir. Bildirmişdir ki, Bakı artıq dünyanın müasir şəhərlərindən geri qalmır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında