Azərbaycanın və Türkmənistanın xarici işlər nazirlərinin görüşündə iki ölkənin rəsmi informasiya agentlikləri arasında əməkdaşlıq sazişinin imzalanması təklifi irəli sürülmüşdür

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 67-ci sessiyası çərçivəsində Türkmənistan Baş nazirinin müavini, eyni zamanda xarici işlər naziri olan Rəşid Meredov ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazirlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə etmişlər.
Görüşdə, həmçinin Azərbaycan ilə Türkmənistan arasında təhsil, mətbuat, iqtisadi, enerji və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılmışdır.
E.Məmmədyarov iki ölkənin diplomatik tədris müəssisələri arasında əməkdaşlıq sazişinin imzalanması təşəbbüsü ilə çıxış etmişdir.
Türkmənistanlı nazir isə rəsmi informasiya agentlikləri arasında əməkdaşlıq sazişinin imzalanması təklifini irəli sürmüşdür.
Bundan əlavə, tərəflər Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması ilə bağlı fikir mübadiləsi aparmışlar.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında