ATƏT-in Minsk qrupunun həmsədrləri: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 67-ci sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin hələ də çıxarılmaması nəticəsində rəsmi Yerevanın birbaşa günahı ucbatından münaqişənin nizamlanması prosesində yaranmış durğunluq vəziyyəti müzakirə edilmişdir.
E.Məmmədyarov bildirmişdir ki, status-kvonu saxlamaq üçün Ermənistan tərəfi müxtəlif bəhanələrə əl atır.
Həmsədrlər ölkələrinin prezidentlərinin verdiyi bəyanatları bir daha təsdiq edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulamışlar.
Nazir bir daha həmsədrlərin diqqətinə çatdırmışdır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmayana qədər regionda sülh, təhlükəsizlik və sabitlik təhdid altında olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında