Rusiyanın Bakıdakı səfirliyi Azərbaycan xalqına minnətdarlığını bildirmişdir

Rusiyanın Azərbaycandakı səfirliyi Moskva metropolitenində partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı bu ölkənin Bakıdakı diplomatik nümayəndəliyinə daxil olan başsağlığı məktublarına görə minnətdarlıq etmişdir.
Diplomatik nümayəndəliyin açıqlamasında deyilir: "Rusiyanın Azərbaycandakı səfirliyi Milli Məclisin deputatlarına, hökumət və beynəlxalq təşkilatların nümayəndələrinə, siyasi partiyaların, ictimai, elm və gənclər birliklərinin, təhsil müəssisələrinin, Rusiyanın diaspor qurumlarının rəhbərlərinə, Azərbaycanın ayrı-ayrı vətəndaşlarına martın 29-da Moskva metropolitenində baş vermiş qanlı terror aktı ilə bağlı Rusiya xalqına verdikləri dəstəyə görə səmimi minnətdarlığını bildirir".
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında