Türkiyənin İnönü Universitetinin rektoru Azərbaycan Tibb Universitetində olmuşdur

Türkiyənin İnönü Universitetinin rektoru, professor Cəmil Çelik və həmin qurumun Qaraciyər Köçürülməsi İnstitutunun direktoru, professor Serayi Yılmaz Azərbaycan Tibb Universitetində (ATU) olmuşlar.
ATU-dan AzərTAc-a bildirmişlər ki, görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov ölkəmizdə elmin və təhsilin inkişafına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına göstərilən diqqət və qayğıdan danışmışdır.
Beynəlxalq əlaqələri ildən-ilə genişlənən Azərbaycan Tibb Universitetində qardaş Türkiyənin bir sıra ali məktəbləri və tibb müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayan rektor rəhbərlik etdiyi universitetin maddi-texniki bazası, kadr potensialı, təlim və tədris prosesi haqqında qonaqlara ətraflı məlumat vermiş, son dövrlərdə universitet klinikalarının yaradılması istiqamətində görülən işlərdən söz açmışdır.
Professor C.Çelik rəhbərlik etdiyi universitet haqqında məlumat verərək bildirmişdir ki, İnönü Universiteti 38 ildir fəaliyyət göstərir, dünyanın sayılıb-seçilən universitetləri ilə rəqabət aparır. Burada 30 fakültədə 30 min tələbə təhsil alır. Universitetin nəzdində 18 institut fəaliyyət göstərir. Onlardan biri də Turqut Özalın vaxtı ilə təməlini qoyduğu Qaraciyər Köçürmə İnstitutudur. Həmin institutda ildə 220 qaraciyər köçürülməsi əməliyyatı aparılır.
Görüşdə gələcəkdə ikitərəfli əlaqələrin yaradılmasına dair ilkin razılaşma əldə olunmuş, müvafiq müqavilələrin imzalanması qərara alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında