Narkotik vasitələrin daşınması ilə məşğul olan qaçaqmalçılar ifşa edilmişlər

Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslər son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmiş, onlardan ümumilikdə 40 kiloqram 500 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür.
Bu barədə AzərTAc-a Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimai əlaqələr mərkəzindən məlumat verilmişdir.
Məlumatda deyilir ki, Rusiya vətəndaşları Babayev Əliheydər Mirzəhüseyn oğlu və Cəfərov Yavər Qəzənfər oğlu Milli Təhlükəsizlik Nazirliyinin Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tümen şəhərində saxlanılmışlar. Y.Cəfərovun idarə etdiyi avtomobildən 25 kiloqram 500 qram həşiş aşkarlanaraq götürülmüşdür.
MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları Əliyev Seyran Cəbrayıl oğlu, Əliyev Eldar Söhbət oğlu, Ağayev Ağa Rafiq oğlu, Məmmədova Humay Qəribəli qızı və Əsədova Göyçək Şirəli qızı saxlanılmışlar. Onlar hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından aldıqları 12 kiloqram 128,1 qram həşiş qatranını sərnişin qatarı ilə Rusiya ərazisinə keçirməyə cəhd göstərərkən cinayət başında yaxalanmışlar.
Nazirliyin əməkdaşlarının keçirdiyi daha bir əməliyyat tədbiri narkotiklərin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan vətəndaşları Əliyev Vaqif Firidun oğlu, Əhmədov İlqar Əhməd oğlu, Heydərov Elşad Topuş oğlu və qeyrilərinin ifşa edilməsi ilə nəticələnmişdir. Bu qrupun üzvləri də 2 kiloqram 948,8 qram tiryəki İran istiqamətindən qaçaq yolla Azərbaycan ərazisinə keçirmişlər. Həmin narkotik Elşad Heydərovun idarə etdiyi avtomobilə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüşdür.
Hər üç fakt üzrə cinayət işi başlanılmışdır. Narkotik qaçaqmalçıları barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq-əməliyyat tədbirləri davam edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında