Lissabonda EANA-nın illik konfransı keçirilmişdir

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Portuqaliyanın paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) illik konfransı keçirilmişdir.
Konfransın işində təşkilatın üzvləri, o cümlədən 2008-ci ildən alyansın tərkibinə daxil olan Azərbaycan Dövlət Teleqraf Agentliyinin nümayəndə heyəti iştirak etmişdir.
Bu il AzərTAc-ı konfransda multimedia və videoxəbərlər şöbəsinin müdiri Orxan Yolçuyev və agentliyin Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov təmsil etmişlər.
Konfransı Finlandiyanın STT-Lehtikuva agentliyinin baş redaktoru Mika Peterson açmış, tədbirin gündəliyini təqdim etmişdir. Tədbirə ev sahibliyi edən Portuqaliyanın LUSA agentliyinin icraçı direktoru Afonso Kamoes iştirakçıları salamlamışdır.
M.Petersonun moderatorluğu ilə keçən birinci paneldə "Huffington Post" internet nəşrinin baş redaktoru Karla Buzasi, "Pyu" jurnalistikada tərəqqi tədqiqat mərkəzi rəhbərinin müavini Eymi Mitçel məruzə ilə çıxış etmişlər. Onlar informasiya məhsulunun istehsalı və xəbərlər bazarında rəqabət prosesində ənənəvi, yeni və sosial media məsələlərinə toxunmuşlar.
İkinci panelə Avstriyanın "APA-Austria Presse Agentur" agentliyinin icraçı direktoru Piter Kropş sədrlik etmişdir. Portuqaliyanın LUSA agentliyinin icraçı direktoru Afonso Kamoes, Almaniyanın "dpa" agentliyinin baş redaktoru Volfqanq Bühner, AFR agentliyinin Avropa və Afrika şöbələrinin direktoru Florens Biderman məruzələrlə çıxış etmişlər.
Moderatoru "Assoşieyted Press" agentliyinin icraçı direktoru Klayv Marşal olan üçüncü paneldə "Press Assoşieyted" agentliyinin müdir-meneceri Alan Marşall, Avstriyanın APA agentliyinin baş redaktoru Maykl Lanq çıxış etmişlər.
Dördüncü panelin moderatoru Afonso Kamoeso olmuşdur. Paneldə SDA/ATS agentliyinin direktoru Bernard Maysen çıxış etmişdir.
Sonra məruzələr ətrafında müzakirələr aparılmışdır. Konfransın sponsoru, "MarkLogic Corporotion" korporasiyasının direktoru Cim Stok da tədbirdə çıxış etmişdir.
Konfrans çərçivəsində AzərTAc-ın nümayəndə heyəti digər agentliklərdən olan həmkarları ilə görüşlər keçirmişlər. Görüşlərdə ikitərəfli əməkdaşlıq və əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Lissabon

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında