ABŞ-ın Azərbaycandakı səfirinin ictimaiyyətlə görüşü olmuşdur

Sentyabrın 28-də Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksinin Amerika Mərkəzində ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar və xanımı Feyt Morninqstar "Amerikanı tanıyaq" adlı həftəlik mühazirələr silsiləsinin builki açılışını etmişlər.
AzərTAc xəbər verir ki, mərasimdə Xaçmazdakı və Salyandakı Amerika mərkəzlərindən tədbiri onlayn rejimdə izləyən 60 tələbə də daxil olmaqla 150-dən artıq gənc iştirak etmişdir.
Azərbaycandakı Amerika mərkəzləri haqqında fikirlərini bölüşən R.Morninqstar qeyd etmişdir ki, bu tədris ocaqları azərbaycanlı gənclərə ABŞ mədəniyyətini öyrənmək, ingilis dili biliklərini artırmaq və Birləşmiş Ştatlarda təhsil almaq imkanları yaradır.
Sonda səfir və xanımı Amerika mədəniyyətinə və ABŞ-Azərbaycan münasibətlərinə dair ictimaiyyəti maraqlandıran sualları cavablandırmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında