"Azərbaycan Respublikası Milli Məclisinin bələdçisi" kitabı çapdan çıxmışdır

Sentyabrın 28-də Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə "Azərbaycan Respublikası Milli Məclisinin bələdçisi" kitabının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, kitabda Milli Məclisin fəaliyyəti, onun strukturu haqqında ətraflı məlumat verilir.
Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar çıxış edərək Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafından danışmışdır. Bildirmişdir ki, enerji məsələləri ilə bağlı danışıqlar davam edir. Hər iki ölkə bu məsələdə maraqlıdır.
Azərbaycanın ABŞ üçün strateji tərəfdaş olduğunu vurğulayan diplomat demişdir ki, Şərq ölkələri, xüsusilə də Əfqanıstan ilə əlaqələri qurmaq üçün Azərbaycan tranzit ölkə rolunu oynayır.
Son illər Azərbaycanın diqqətə çarpacaq dərəcədə inkişaf etdiyini qeyd edən səfir ölkəmizdə sayı gündən-günə artan möhtəşəm otellərin tikintisini və işsizliyin səviyyəsinin xeyli dərəcədə azalmasını iqtisadi inkişafın göstəricisi kimi qiymətləndirmişdir.
Sonda diplomat iki ölkə arasında münasibətləri ABŞ-ın Azərbaycandakı səfiri olaraq daha da inkişaf etdirməyə çalışacağını vurğulamışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında