Azərbaycan Turizm İnstitutunun tələbələri və inzibati heyət üzvləri beynəlxalq proqramlarda iştirak edirlər

Azərbaycanda turizm sənayesinin qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevrilməsi sahəsində davamlı islahatlar uğurla həyata keçirilir. Turizm sahəsinin inkişafı maddi qazancla yanaşı, insanların sosial rifahının daha da yaxşılaşmasına hesablanmış strateji məqsədlərdən biri sayılır. Bütün dünyada olduğu kimi, ölkəmizdə də turizm sektorunun dinamik inkişafı yüksək ixtisaslı kadr hazırlığından birbaşa aslıdır.
Azərbaycan Turizm İnstitutu da yarandığı gündən təhsil-təcrübə-təlim-tədqiqat modelinin konkret şəraitdə gerçəkləşməsinə böyük önəm verir. İnstitutda düşünülmüş təhsil imkanları sayəsində ATİ tələbələri və inzibati heyət üzvləri davamlı olaraq beynəlxalq proqramlarda fəal iştirak edirlər. ATİ-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Şəhla Əhmədova institutda beynəlxalq səviyyəli peşəkar kadr hazırlığına 2007-ci ildən başlanılmasını bildirərək bu barədə ətraflı məlumat vermişdir: "Erasmus Mundus proqramına uyğun olaraq təhsil səviyyəsinin artırılması məqsədilə tələbə və inzibati heyət işçilərinin mübadiləsində maraqlıyıq. 2007-ci ildən bu günə kimi ATİ tələbələrindən və inzibati heyət üzvlərindən 32 nəfəri Yunanıstan, Portuqaliya, İtaliya, Böyük Britaniya, Bolqarıstan, Latviya və Fransada, 6 nəfər 1 semestirlik tələbə mübadiləsi üzrə Almaniyanın Yade universitetində, o cümlədən 3 nəfər yay dil kursunda, hazırda 2 nəfər isə Avstriyanın İMC KREMS Tətbiqi Elmlər Universitetində 1 semestr proqramı üzrə təhsillərini davam etdirirlər".
Sonra o, ATİ-nin menecment ixtisası üzrə təhsil alan tələbəsi Teymur Əsədov barədə danışaraq bildirmişdir ki, o, Erasmus Mundus proqramı çərçivəsində Latviyanın Rezekne şəhərindəki Ali Təhsil İnstitutunda bakalavr pilləsində 1il təhsil aldıqdan sonra yenidən doğma instituta qayıtmışdır. T.Əsədov Latviyanın Ali Təhsil İnstitutunda çalışqan tələbə kimi tanınmaqla bərabər, Riqa şəhərində keçirilən "Milli mətbəx" festivalında da iştirak etmişdir. Azərbaycanın məşhur milli yeməklərini - yarpaq dolmasını, plovu, ləvəngini stend sərgidə nümayiş etdirmişdir. Festival iştirakçıları Azərbaycana gələndə məhz bu təamlardan dadmaq niyyətində olduqlarını bildirmişlər. Bundan başqa, T. Əsədov idman yarışlarında da uğurlu çıxışlar etmişdir. O, ağır atletika üzrə keçirilən beynəlxalq yarışda bürünc medal qazanmışdır.
Onu da qeyd etmək lazımdır ki, Latviyanın Ali Təhsil İnstitutunda mühazirə və seminarlar ingilis dilində keçilir. Ölkədə ilk dəfə ikili diplom təcrübəsinə imza atan ATİ-nin tələbəsi üçün dərslərin məhz ingilis dilində keçilməsi problem yaratmamışdır. Sevindirici haldır ki, daha bir azərbaycanlı tələbəmiz məhz avropa təhsilli mütəxəssis kimi ATİ-nin nüfuzunu qoruyanların sırasında olacaq.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında