Azərbaycan Müəllimlər İnstitutu

2012/2013-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil (II təhsil) almaq üçün qəbul elan edir:
1. Azərbaycan dili və ədəbiyyat müəllimliyi (əyani, qiyabi) təhsil Azərbaycan dilindədir.
2. İbtidai sinif müəllimliyi (əyani, qiyabi) təhsil Azərbaycan dilindədir.
3. Riyaziyyat və informatika müəllimliyi (əyani) təhsil Azərbaycan dilindədir.
4. Məktəbəqədər təlim və tərbiyə (əyani, qiyabi) təhsil Azərbaycan dilindədir.
5. Təhsildə psixoloji xidmət (əyani) təhsil Azərbaycan dilindədir.
Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Müəllimlər İnstitutu arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası" haqqında 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı və Azərbaycan Respublikası təhsil nazirinin 4 oktyabr 2010-cu il tarixli 1297 nömrəli əmrinə uyğun olaraq müsabiqədə iştirak edə bilərlər.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti və saatların miqdarı göstərilməklə qiymət kitabçasından çıxarış;
- əmək kitabçasının surəti;
- 6 ədəd fotoşəkil (3 X 4 sm ölçüdə, rəngli);
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
- sağlamlıq haqqında arayış;
- təhsil haqqını ödəmək barədə öhdəlik müqaviləsi.
Sənədlər 2012-ci il oktyabr ayının 5-dək (istirahət günlərindən başqa) AMİ- nin binasında 810-cu otaqda saat 9.00-dan 16.00-dək qəbul olunur.
Təkrar ali təhsil ( II təhsil ) almaq üçün instituta sənəd vermiş şəxslə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə təkrar təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər. Birinci aldığı təhsilin təkrar ali təhsil ixtisasına uyğunluğundan asılı olaraq qəbul edildiyi kurs müəyyənləşdirilir.
Xaricdə təhsil almış şəxslər təkrar (II təhsil) almaq üçün Azərbaycan Respublikanın Təhsil Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar.
Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi, 104
Əlaqə telefonları: 465-29-76; 564-01-75
REKTORLUQ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında