Toyota "Prado" və Nissan "Juke" avtomobilləri oktyabr ayında udulacaq

Lotereya həvəskarları üçün həyacan və sevinclə dolu olan daha bir ay tarixə döndü. "5/36" lotereyasında qədim Şəkiyə sevinc aparan 56.524 manat məbləğində "Cek Pot"un uduşu ilə başlayan sentyabr ayı bu gün və sabah keçiriləcək tirajlarda iri uduşlar olmasa, "Uğur" lotereyasında 34 000 manat məbləğində "Cek Pot"un uduşu ilə başa çatmaqdadır. 
Oktyabrın 1-dən başlayaraq, AzTV-də keçirilən tirajlar 19.10-da başlayacaq. Həmçinin ayın 1-dən etibarən "5/36" və "6/40" lotereyalarının tirajları, yenidən həftədə 6 dəfə (bazar günü istisna olmaqla) keçiriləcək. İndi isə sentyabr ayında uduşa sahib olan iştirakçılarla tanışlığımızı davam etdirək. "Klassik Loto"nun ilk qaliblərindən olan Beyləqan rayon sakini Miriyev Şükür Əkbər oğlu lotereyanın 2-ci tirajında Nissan "Sunny" avtomobilinə sahib oldu. İki övlad atası, 30 yaşlı Şükür kənd təsərrüfatı ilə məşğul olur. Özü demişkən "çörəyi torpaqdan çıxır" və udduğu avtomobil onun fəaliyyətini əhəmiyyətli şəkildə canlandıracaq.
Bu lotereyanın 3-cü tirajında Naxçıvan MR Babək rayon sakini Cəfərov Hüseyn Dünyamalı oğlu 2000 manat udsa da məmnundur. O, digər oyunlar kimi "Klassik Loto"da iştirak etməkdə davam edir və 137 min manat məbləğində "Meqa Pot"u udacaq adam ondan artıq deyil ki. Baxın. "Uğur" lotereyasının 055-ci tirajında "Kia Rio" avtomobilini udan Rzayev Sahib Nəbi oğlu, 057-ci tirajında 2500 manat udan Yevlax şəhər sakini Manafov Paşa Xanlar oğlu təbrikləri qəbul etməkdəykən bu lotereyanın 58-ci tirajında 034993 saylı biletə düz 34 000 manat məbləğində uduş düşdü və bu durum nə Sahib Rzayevin, nə də Paşa Manafovun ovqatını dəyişməyib. 32 yaşlı Sahib Bakı şəhərində mühafizə polisində işləyir. Hələki subaydır və onun qismətinə düşən "Kia Rio" avtomobili çoxları üçün əlçatmaz arzudur. Paşa müəllim isə məsələyə fəlsəfi baxır, uduşunu qismət və inşəallah, övladlarının həyatında yeni perspektivlərin açılmasına işarə kimi görür. Biz də "neçə nəvəniz var" sualına şirin zarafatla "dayanın bir sayım" deyən 6 nəvənin, sadəcə lotereya oyunlarının "azarkeşi" olan babasına yeni möhtəşəm uduşlar arzulayırıq. O ki qaldı 34 000 manat məbləğində "Cek Pot"u udan 034993 saylı biletin xoşbəxt sahibinə, onu "Azərlotereya" ASC-də gözləyirlər. Biz də yəqin ki, növbəti saylarımızda dəyərli oxucularımıza qalib haqqında məlumat verəcəyik. Udulan "Cek Pot" "Uğur" lotereyasının üç "Cek Pot"undan biridir. "Cek Pot"lardan biri 88 000 manatı üstələyib. "5/36" lotereyasının 498-ci tirajında Bakı şəhər sakini Xuduyev Xasay İslam oğlu "Cek Pot"un bircə addımlığında dayandı və 2253 manat uduşla kifayətləndi. Sürücü işləyən Xasay Xuduyev də məmnundur və əvvəl-axır sanballı bir uduşa yiyələnəcəyinə şübhə etmir.
Yeri gəlmişkən, "5/36" və "6/40"-ın "Cek Pot"ları müvafiq olaraq 21740 və 55015 manat təşkil edir. Bütün lotereyalarda uduşların oynanılmasına baxmayaraq, oktyabr ayının ab-havasını ənənəvi "Qızıl Payız" lotereyası müəyyənləşdirir. Bir neçə gündən sonra, tirajı oktyabr ayının 26-da keçiriləcək bu lotereyanın satışına başlanır. Lotereyada istehlakçıları çoxsaylı iri pul uduşları ilə yanaşı, 100% uduşlu Toyota "Prado" və Nissan "Juke" avtomobilləri gözləyir. Burada "100 % uduşlu" kəlməsi reklam sloqanı deyil və ya PR gedişi kimi işlənmir. 100% uduşlu dedikdə nəzərdə tutulur ki, avtomobillər oynanılarkən uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda, şarlar lototrona qaytarılır, yenidən oynanılır və bu proses avtomobillər udulanadək davam etdirilir. Bəxti sınamağa dəyər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında