Qanunsuz totalizator fəaliyyəti göstərən daha iki obyekt aşkar edilmişdir

Sentyabr ayının 25-də Vergilər Nazirliyi yanında vergi Auditi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 30A, ev 29 ünvanında vergi nəzarəti tədbirləri həyata keçirilərkən Şahin Ələsgər oğlu Qafarova (VÖEN 1302699892) və Orxan İbrahim oğlu Quliyevə (VÖEN 1001364012) məxsus obyektlərdə qanunsuz totalizator oyunlarının təşkil edildiyi aşkar olunmuşdur. 
Ş.Qafarova məxsus "Real" adı ilə qanunsuz totalizator fəaliyyəti göstərən obyektdə nəzarət tədbiri keçirilərkən obyektin qanunsuz fəaliyyətini təsdiq edən 4 ədəd kompyuter dəsti, noutbuk, televizor, "qara mühasibatlıq" sənədləri və nağd pul vəsaitləri aşkar edilərək vergi əməkdaşları tərəfindən müvafiq sənədləşmələr aparılaraq götürülmüşdür.
Həmin gün eyni ünvanda O.Quliyevə məxsus "Maxsimus" adlanan digər obyektdə də qanunsuz olaraq totalizator oyunlarının keçirildiyi aşkar edilmiş, obyektin qanunsuz fəaliyyətini təsdiq edən 2 ədəd kompyuter dəsti, televizor, boş və yazılı uduş kuponları, nağd pul vəsaitləri müvafiq qaydada rəsmiləşdirilərək götürülmüşdür.
Keçirilən tədbir zamanı hər iki şəxsin nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi də müəyyən olunaraq müvafiq sənədləşmələr aparılmışdır.
Vergilər Nazirliyi qanunsuz fəaliyyət göstərən şəxslərə qarşı mübarizəni davam etdirir və xəbərdarlıq edir ki, vergi qanunvericiliyinin pozulması hallarına qarşı gələcəkdə də sərt tədbirlər görəcəkdir.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında