"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Avropa Tələbələri Forumuna etiraz etmişdir

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi (İB) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş və etnik təmizlənməyə məruz qalmış Dağlıq Qarabağ bölgəsində Avropa Tələbələri Forumunun (AEGEE) nümayəndəliyinin açılmasına etiraz bəyanatı yaymışdır. 
İB-dən AzərTAc-a bildirmişlər ki, qurumun AEGEE-nin sədri Luis Alvarado Martinezə müraciətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamentinin qəbul etdikləri sənədlərdə ölkəmizin ərazi bütövlüyünün təsdiq olunduğu vurğulanmışdır. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ torpaqlarını Azərbaycanın ərazisi olduğunu təsdiq edir.
Bəyanatda qeyd olunmuşdur: "Sizə və eləcə də Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda AEGEE nümayəndəliyinin açılmasında iştirakçı olan təşkilatçılara bildirmək istəyirik ki, artıq 20 ildir Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal altında saxlayır. Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlaması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir".
"Dağlıq Qarabağ Respublikası" adlanan qondarma qurumun heç bir dövlət tərəfindən tanınmadığının vurğulandığı bəyanatda bu bölgədə AEGEE-nin nümayəndəliyinin açılmasının qeyri-qanuni olduğu bildirilir. Dağlıq Qarabağ ərazisində həyata keçirilən hər bir tədbir və layihə Azərbaycan dövlətinin icazəsi və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının iştirakı olmadan həyata keçirilə bilməz. Bu, həm də beynəlxalq hüquq və normalara ziddir. Çünki bu torpaqlarda tarixən yaşamış azərbaycanlılar Ermənistan dövlətinin həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində bu gün doğma yurd-yuvalarına qayıtmaq imkanından məhrum olmuşlar.
Müraciətin sonunda bu cür təşəbbüslərin nəinki təkcə danışıqlar prosesinə, həm də bölgənin gələcək statusuna və inkişafına çox ciddi zərbə vura biləcəyi bildirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında