Vaşinqtonda Azərbaycana həsr olunmuş konfrans keçirilmişdir

Vaşinqtonda Cons Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda "Azərbaycan Avrasiyada regional mərkəz kimi: Avrasiya ticarət və nəqliyyatının strateji qiymətləndirilməsi" mövzusunda konfrans keçirilmişdir. 
AzərTAc xəbər verir ki, mərkəzin rəhbəri Frederik Starın moderatorluğu ilə keçirilən konfransda Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadovun eyniadlı kitabının təqdimatı olmuşdur.
Kitabda çox dəyərli informasiyaların toplandığını qeyd edən F.Star Avrasiyanın ticarət, nəqliyyat, logistika və təchizat şəbəkələrinin strateji cəhətdən araşdırıldığını vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanı güclü regional mərkəzə çevirən amillərin ən başlıcası onun coğrafi mövqeyi və karbohidrogen istehsalçısı olmasıdır.
T.Ziyadov bildirmişdir ki, həm yaxın ölkələr arasındakı ticarət üçün, həm də Azərbaycanda istehsal edilən məhsulların bu ölkələrə ixracında respublikamız çox gözəl bir mərkəzdir. Azərbaycan öz şəbəkəsi ilə yanaşı, qonşu ölkələrlə olan bütün şəbəkələri də özünə uyğunlaşdırmalıdır.
Türkiyə İqtisadi Siyasət Araşdırmaları Fondunun Vaşinqton ofisinin nümayəndəsi Nəslihan Kaptanoğlu İpək Yolu layihəsindən bəhs edərək vurğulamışdır ki, Qafqaz bölgəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması nəticəsində Ermənistan regionda reallaşdırılan bütün layihələrdə iştirakdan özünü təcrid etmişdir.
Tədbirdə ABŞ-ın tanınmış siyasətçiləri, iqtisadçılar, Birləşmiş Ştatlarda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, bir sıra KİV-lərin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında