Macarıstanın nüfuzlu qəzetində Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri ilə müsahibə dərc olunmuşdur

Macarıstanın nüfuzlu "Madyar nemzet" qəzetində Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anar İmanovla müxbir Qabor Laslo Zordun müsahibəsi dərc olunmuşdur. AzərTAc bu müsahibənin tam mətnini təqdim edir. 
Son həftələr Azərbaycan R.Səfərovun işi ilə - Budapeştdə erməni zabiti öldürmüş azərbaycanlı zabitin ekstradisiyası ilə əlaqədar Macarıstan və dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycan səfirliyinin müşaviri Anar İmanov qəzetimiz üçün müsahibəsində ikitərəfli münasibətlərimizdən danışmışdır.
Azərbaycan rəhbərliyinin Budapeştə R.Səfərovu azadlığa buraxmayacağını vəd edib-etmədiyi sualına cavabında A.İmanov demişdir: "Bu halı tənzimləyən Azərbaycan qanunları haqqında qanunvericilik xarakteri daşıyan informasiya verilmişdi, lakin məhbusun əfv edilməyəcəyi barədə heç bir yazılı vəd verilməmişdir. Necə reaksiya ola biləcəyinin qabaqcadan düşünülüb-düşünülmədiyi barədə suala cavab verərkən A.İmanov demişdir: "Ədliyyə nazirliklərimiz lazımi məsələləri müzakirə etmişdilər və bu işdə qeyri-leqal heç nə yox idi". O, müxalifətin, hər şeydən əvvəl sosialistlərin reaksiyasından təəccübləndiyini bildirmişdir: Axı ölkələrimiz arasında yaxşı, həmçinin baş nazir Ferents Dyurçanın hakimiyyəti dövründə dinamik inkişaf edən münasibətlər olmuşdur. Azərbaycanın Macarıstanın strateji tərəfdaşı olduğu da sosialistlərin hökuməti tərəfindən elan edilmişdir.
Jurnalistimizlə söhbətində müşavir R.Səfərovun işi ilə əlaqədar öz fikrini şərh etməyi unutmamışdır. O bildirmişdir ki, Budapeştdə təhsil alan zabit onunla eyni kursda oxuyan erməni zabitinə qarşı bu hərəkəti onun Azərbaycan bayrağını təhqir etməsindən sonra törətmişdir. Dağlıq Qarabağda ermənilərin Səfərovlar ailəsinin bir neçə üzvünün başını kəsməsi də öz rolunu oynamışdır. Məhkəmənin çıxardığı hökmə gəldikdə isə, o qeyd etmişdir ki, ömürlük həbs həddindən artıq ciddi cəza idi, çünki R.Səfərovun psixi vəziyyəti məsələsində məhkəmə-tibbi ekspertləri bir-birinə zidd rəylər vermişlər. Ona məlum olduğu kimi, rəyi məhkəmə tərəfindən qəbul olunmuş ekspertə qarşı hazırda təhqiqat aparılır, amma artıq başqa işlə əlaqədar.
A.İmanovun fikrincə, "biz müxtəlif yanaşmanın şahidiyik". A.İmanov belə bir sual vermişdir: "Nə üçün R.Səfərovun işi belə qızğın qəzəb doğurmuş və nəyə görə erməni terrorçularının Parisin "Orli" aeroportunda törətdikləri partlayışa, yaxud ABŞ-da törətdikləri sui-qəsdlərə, habelə onların məhkəmə hökmlərinə və vaxtından qabaq azad edilmələrinə soyuqqanlıqla yanaşılmışdır?"
Müşavir Dövlət Neft Fondunun mövqeyini təsdiq edərək belə bir ittihamı qətiyyətlə rədd etmişdir ki, Macarıstan guya macar dövlət istiqrazlarının Azərbaycan tərəfindən satın alınması müqabilində R.Səfərovun ekstradisiyasına icazə vermişdir. O demişdir: "Yurisprudensiya və iqtisadiyyat sahəsində əməkdaşlıq - bunlar müxtəlif şeylərdir". O qeyd etmişdir ki, Azərbaycanda əməkdaşlıq üçün imkanları hər şeydən əvvəl kənd təsərrüfatının və energetikanın, turizmin və infrastrukturun inkişafı, habelə qarşılıqlı investisiyalar sahəsində görürlər. Bu yaxınlarda Macarıstan Azərbaycan, Gürcüstan və Rumıniyanı birləşdirən boru kəmərinin tikintisi layihəsinə (AGRI) qoşulmuşdur. Macarıstan firmaları Azərbaycanın tikinti layihələrində iştirak edirlər. A.İmanov demişdir: "Budapeştdə Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası birgə komissiyasının üçüncü iclası yəqin ki, növbəti layihələrə yol açacaqdır".
Müşavir öz ölkəsinin xarici siyasəti və xüsusən regiondakı münaqişələr barədə demişdir: "Azərbaycan müstəqil xarici siyasət yürüdür. Onun əsas elementi budur ki, regional xarakterli qərarlar qəbul edilərkən Azərbaycana məxsus olan Dağlıq Qarabağın və 7 ətraf rayonun Ermənistan tərəfindən işğal olunması faktı diqqətdən kənarda qalmamalıdır. Bu barədə Təhlükəsizlik Şurasının erməni işğalçı qoşunlarının qeyd-şərtsiz çıxarılmasını tələb edən bir neçə qətnaməsi vardır".
İmanov qəti şəkildə bildirmişdir ki, "Azərbaycanın cənub qonşusu İrana və onun nüvə proqramı ətrafında müharibə təhlükəsi atmosferinin yaranmasına gəldikdə isə onun vətəni dəfələrlə qeyd etmişdir ki, vəziyyətin yalnız diplomatik yolla nizama salınması məqbuldur".

{nl}

Pərvanə QARAYEVA, AzərTAc-ın xüsusi müxbiri 
Budapeşt


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında