Bakıda Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının II konqresi keçirilmişdir

Sentyabrın 27-də Bakıda Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının II konqresi keçirilmişdir. 
AzərTAc xəbər verir ki, konqresdə Türkiyə, Azərbaycan, Rumıniya, Monteneqro, Bosniya və Herseqovina, Gürcüstan və s. ölkələrin sahə həmkarlar ittifaqlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə federasiyanın prezidenti Cemail Bakındı Avrasiya Federasiyasının I konqresindən sonra görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmiş, bu sahədə Azərbaycan ilə Türkiyənin əməkdaşlığından danışmışdır.
Konqresdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirmişdir ki, 2007-ci ildə təsis edilmiş Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyası 5 ildən bir özünün konqresini keçirir. Federasiyanın yaradılmasının məqsədi Avrasiya bölgəsində fəaliyyət göstərən sahə həmkarlar ittifaqlarının işçilərin qanuni hüquqlarının qorunması, layiqli əmək, azad, demokratik sosial ədalət prinsiplərinin təmin edilməsi sahəsində üzləşdikləri oxşar problemlərin həllinə dəstək verilməsi, bölgədə yerləşən transmilli şirkətlərlə danışıqların aparılması prosesində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin təşkilini həyata keçirməkdir. Təşkilat bölgənin 12 ölkəsinin sahə həmkarlar ittifaqlarını birləşdirir. Federasiyanın ilk konqresi 2007-ci ildə İstanbulda keçirilmişdir. İkinci konqresin Bakıda keçirilməsinin ölkəmiz üçün çox böyük əhəmiyyəti vardır.
S.Mehbalıyev Dağlıq Qarabağ probleminə toxunmuş, Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkününün olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.
Daha sonra S.Mehbalıyev tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatının inkişafı, bu sahədə aparılan islahatlar, əldə olunan nailiyyətlər, regionların tərəqqisi, ölkədə yeni iş yerlərinin yaradılması, qeyri-neft sektorunun, turizmin inkişafı barədə geniş məlumat vermişdir.
Tədbirdə federasiyanın 2012-2017-ci illər üçün fəaliyyət proqramı təsdiq edilmiş, rəhbər orqanlar seçilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında