"Yaşıl Azərbaycan naminə" layihəsinin iştirakçıları Oğuzda olmuşlar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA Kampaniyası tərəfindən həyata keçirilən "Yaşıl Azərbaycan naminə" layihəsi üzrə növbəti ekoloji maarifləndirmə tədbiri sentyabrın 27-də Oğuz rayonunda keçirilmişdir.
AzərTAc xəbər verir ki, Oğuz şəhərindəki 1 və 2 nömrəli tam orta məktəblərdə V-VIII sinif şagirdləri üçün təşkil olunan ekoloji maarifləndirmə seminarlarında ümumilikdə 140 şagird və 10 müəllim iştirak etmişdir.
Təlimləri respublikanın ali təhsil müəssisələrinin III-IV kurs tələbələrindən seçilmiş "yaşıl təlimçilər" aparmışlar. Dinləyicilərə ekoloji problemlər, ekoloji mühitin qorunmasının vacibliyi, flora və faunanın mühafizəsi, təbiətə dost münasibət hisslərinin aşılanması və digər mövzularla bağlı geniş məlumat verilmişdir.
Tədbirin yekununda təlimçilər və şagirdlər şəhərdəki 1 nömrəli orta məktəbdə yaşıllıq zolağının salınmasında iştirak etmişlər.
Layihə çərçivəsində növbəti ekoloji maarifləndirmə tədbiri Şəki şəhərində keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında