Si-En-En Bakıdakı "Alov qüllələri"ni möhtəşəm binalar siyahısına daxil etmişdir

ABŞ-ın məşhur Si-En-En telekanalının saytında yer almış xəbərə görə, Bakının mərkəzindəki "Alov qüllələri" ("Flame Towers") onun müəllifinin ən sevimli layihələrindən biri adlandırılmışdır. 
AzərTAc xəbər verir ki, Si-En-En-in "Möhtəşəm binalar" layihəsinin müəllifləri dünyanın altı aparıcı arxitektorundan indiyədək layihəsini işləyib hazırladıqları ən sevimli binalarının adlarını açıqlamağı xahiş etmişlər.
"Alov qüllələri"nin layihələndirilməsi ilə məşğul olan "NOK" nəhəng arxitektura şirkətinin vitse-prezidenti Barri Hyuz etiraf etmişdir ki, qüllələr onun ən sevimli layihələrindən biridir.
B.Hyuz demişdir: "Özümü günahkar hiss edirəm, çünki bu layihə üzərində çalışan 150 adamın əməyinin şöhrətini bu dəqiqə təkbaşına yaşayıram".
Saytda yerləşdirilmiş məqalədə deyilir: "Hazırda Azərbaycanda paytaxtın yenilənməsi elementlərini ehtiva edən görməli yerlər vardır". Məqalə müəllifi yazır ki, möhtəşəm "Alov qüllələri" layihəsinin icrası bu il başa çatmışdır. Layihəçilər də həmin qüllələrin Bakının rəmzinə çevriləcəyinə ümid bəsləyirdilər.
B.Hyuz demişdir: "Qüllələrin forması oda sitayiş edən zərdüştiliyin mərkəzi olan şəhərin tarixini, onun təbii qaz ehtiyatlarını xatırlatmalıydı. Biz alov ideyası üzərində dayandıq".
Onun sözlərinə görə, bu layihə, məsələn, qüllələrin potensial zəlzələyə davam gətirməsi, Bakıda şiddətli küləklər əsdiyi üçün komplektləşdirici hissələrin kranlardan istifadə olunmadan quraşdırılması kimi bir çox təhlükələrlə dolu bir layihə idi.
Binanın tikintisinin başa çatmasından bir qədər əvvəl qüllələrdən birinin ən uca nöqtəsində dayanan B.Hyuzu daha bir qeyri-adi hiss çulğamışdı: "Ola bilsin, layihənin icrasının başa çatması məni məst etmişdi, lakin oranın ab-havası, həqiqətən, sirli-sehrli idi".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında