Kürdəxanı kəndində bələdiyyənin yeni binasının açılış mərasimi keçirildi

Bu günlər 2011-2013-cü illərdə Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilir. Son vaxtlar proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Sabunçu rayonunda da davamlı iş aparılır. Yeni yollar çəkilir, rayonun kəndlərinin su, işıq, qazla bağlı problemləri həll edilir, yeni inzibati binalar inşa olunur, məktəblər,uşaq bağçaları əsaslı təmir edilir və s.
Dünən rayonun Kürdəxanı kəndində bələdiyyə üçün inşa edilmiş yeni binanın açılış mərasimi keçirildi. Mərasimə kənd ağsaqqalları, ziyalılar, kənd bələdiyyələrinin nümayəndələri toplaşmışdılar. Tədbir yeni binanın iclas zalında keçirildi. İclası giriş sözü ilə açan Kürdəxanı kənd bələdiyyəsinin sədri Sabir Əliyev bildirdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən cənab Prezident İlham Əliyev Bakı şəhərinin kənd və qəsəbələrinin inkişafına xüsusi qayğı ilə yanaşır. Kürdəxanıda da son vaxtlar abadlıq-quruculuq işləri sürətlə davam edir. Bu gün açılışına toplaşdığımız bələdiyyənin yeni binası da bu quruculuq işlərinin tərkib hissəsidir.
Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri Qəzənfər Həsənov, Şakir Aliyev, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva və başqaları çıxış edərək rayonda gedən quruculuq işlərindən, eləcə də Kürdəxanıda yenidənqurma işlərindən söhbət açdılar.
Beləliklə, Kurdəxanıda daha yeni bir bina istifadəyə verildi.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında