Baş Prokurorluqda "Elektron Cinayət" İnformasiya Proqramının təqdimat mərasimi keçirilmişdir

Sentyabrın 26-da Baş Prokurorluğun rəhbər heyətinin iştirakı ilə "Elektron Cinayət" İnformasiya Proqramının təqdimat mərasimi keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, tədbiri açan baş prokurorun birinci müavini Rüstəm Usubov "Elektron Cinayət" İnformasiya Proqramının Azərbaycan Prokurorluğu orqanlarının həyatında xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək Prezident İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrinin informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə müasir dövrün yüksək tələbləri səviyyəsində qurulmasına xüsusi önəm verdiyini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari il iyulun 11-də 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı elektron sistemə keçidin qaçılmazlığını vurğulamış, elektron sistemə keçidi təmin etməklə və institusional islahatları həyata keçirməklə şəffaflığın artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində daha böyük nəticələr əldə olunacağını qeyd etmişdir.
Ölkə səviyyəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar prokurorluq orqanları da bu istiqamətdə zəruri işlərin görülməsini təmin etməklə intensiv fəaliyyət göstərmişlər. Son illərdə prokurorluq orqanlarında həyata keçirilən islahatlar nəticəsində Baş Prokurorluqda informasiya texnologiyalarının tətbiqini həyata keçirəcək qurum yaradılmış, "Elektron Sənəd Dövriyyəsi" Proqramı hazırlanaraq tətbiqinə başlanılmış, Baş Prokurorluğun idarə və şöbələri üçün xüsusi proqramların yazılması prosesinin həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.
R.Usubov xüsusi vurğulamışdır ki, bu gün təqdimatına toplaşdığımız "Elektron Cinayət" İnformasiya Proqramı prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi prosesinin davamı olmaqla, Baş Prokurorluğun hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən hazırlanmışdır. Proqramın hazırlanması məqsədilə baş prokuror Zakir Qaralovun 2011-ci il 19 avqust tarixli sərəncamına əsasən müvafiq komissiya yaradılmışdır. Hazırlanmış proqram cinayət haqqında məlumatın daxil olduğu andan cinayət işinin məhkəməyə göndərilən günədək aparılmış prosessual hərəkətləri, o cümlədən cinayət prosesinin məhkəmə mərhələsini və müvafiq prosessual hərəkətləri özündə əks etdirir. Proqramın prokurorluğun bütün struktur qurumlarında tətbiqi nəzərdə tutulmuşdur.
Tədbirdə hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov, Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov çıxış edərək "Elektron Cinayət" İnformasiya Proqramının prokurorluq orqanlarının müasirləşdirilməsi və inkişafında, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirərək bu proqramı təqdirəlayiq hal kimi qiymətləndirmişlər.
Hüquqi təminat və informasiya idarəsinin informasiya texnologiyalarının tətbiqi xidmətinin baş mütəxəssisi Xalid Baxşəliyev "Elektron Cinayət" İnformasiya Proqramının mahiyyəti, işləmə mexanizmi, ümumiləşmələrin aparılması zamanı üstünlükləri və digər məsələlərlə bağlı iştirakçılara ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında