Səfəvilər dövrünün bədii salnaməsi

Yenicə çapdan çıxmış "Ölüm mələyi" romanı yazıçı-publisist Mustafa Çəmənlinin tariximizin Səfəvi xanədanı dövrünün mürəkkəb və ziddiyyətli illəri ilə günümüz arasında bədii-sənədli körpü salır.
Bu epoxanın başlanğıcı olan Şah İsmayıl Xətainin taxta çıxarılması və Səfəvilər dövlətinin yaradılması barədə ədəbiyyatımızda bir neçə bədii əsər olsa da, sonrakı illərin hadisələrinin və tarixi yönünün araşdırılması daha çox elmi-tədqiqat əsərlərində əksini tapmışdır. Ədəbiyyatda bu boşluğu doldurmağa çalışan ədib I Şah Təhmasibin ölümündən sonrakı günləri və oğlu İsmayıl Mirzənin hakimiyyətə gəlməsi dövrünü əhatə edən dəyərli nəsr əsəri yaratmağa nail olmuşdur.
Qarabağ xanlığının tarixindən bəhs edən "Xallı gürzə" romanı ilə xronikal mövzunu çağdaş oxucu tələbatı ilə qovuşdurmaq məharətini sübuta yetirmiş təcrübəli nasir "Ölüm mələyi" romanında da ötənlərin gerçəkliklərini günümüzün bədii-estetik meyarlarına tabe edə bilmişdir.
Mustafa Çəmənli hadisələrin kulminasiyası nöqtəsinə çatdığı məqamda tarixin acı həqiqətinə belə bir prizmadan cavab axtarır: "Quran"da deyilir ki, Allah bağışlayandı, bəs yer üzünün Allahı necə bağışlayandımı? Bağışlaya bilirmi ona müxalif olanları, sözünün qabağında söz deyənləri? Of, of... yer üzünün Allahı olmaqdan imtina etmək nə müşkül iş imiş?!"
Tarixi hadisələrin arxasında gizlənən hakimiyyət ehtiraslarını, paradoksal insanın münasibətləri psixoloji təhkiyə axarında canlandıran yazıçı epoxanın ümumi obrazı ilə yanaşı, konkret şəxsiyyətlərin fərdi səciyyəsini yaratmağa da nail olmuşdur.
Son illər sayı getdikcə artan tarixi romanlar sırasında "Ölüm mələyi" əsəri bədii sənətkarlıq xüsusiyyətləri ilə seçilir. Əsərin dərin vətənpərvərlik ruhu, humanist qayəsi tarixi mövzunun müasirliyini gücləndirir, oxunaqlığını artırır. Milli varlığımızın silinməz-pozulmaz anatomiyası tarixi tutumu və əlvan çalarları ilə əsərin aparıcı süjetini təşkil edir.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında