Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi müasir binada fəaliyyət göstərəcəkdir

Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsmişdir.
Ali Məclisin sədri binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin "Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də, ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir" fikrini xatırladaraq demişdir: "Bu gün Azərbaycanda arxiv işinin təşkilinə xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində artıq ölkəmizdə arxiv işi tam formalaşdırılmış, bu sahənin maddi-texniki bazası möhkəmləndirilmiş, zəngin arxiv fondları yaradılmışdır".
Ali Məclisin sədri qeyd etmişdir ki, muxtar respublikamızda arxiv işinin əsası 1925-ci ildə Mərkəzi Dövlət Arxivinin yaradılması ilə qoyulmuş, 1930-cu ildə isə Naxçıvan Arxiv İdarəsi təşkil edilmişdir. Arxiv İdarəsi və Mərkəzi Dövlət Arxivi 1960-cı ilə qədər Naxçıvan Daxili İşlər Komissarlığının tabeliyində fəaliyyət göstərmiş, 1960-cı ildən sonra hər iki qurum Daxili İşlər Komissarlığının tabeliyindən çıxarılmış və Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin tabeliyinə verilmişdir.
Muxtar respublikada arxiv işinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər müstəqillik illərində də davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" fərmanına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2002-ci il 6 dekabr tarixli fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Arxiv İdarəsinin bazasında Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi yaradılmışdır. Bu gün Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi öz ətrafında bir Mərkəzi Dövlət Arxivi və 7 rayon dövlət arxivini birləşdirir. Fəaliyyəti dövründə Arxiv İdarəsinin fonduna mühüm tarixi sənədlər toplanmışdır. Bu gün Dövlət Arxivində 1831-2012-ci illəri əhatə edən 570 mindən çox sənəd, kino və foto mühafizə olunur.
Müasir tələblər səviyyəsində yenidən qurulan binanın istifadəyə verilməsini bu sahəyə göstərilən dövlət qayğısı kimi dəyərləndirən Ali Məclisin sədri muxtar respublikada arxiv işinin bundan sonra daha yüksək səviyyədə qurulacağına, tariximizi özündə yaşadan arxiv sənədlərinin etibarlı şəkildə mühafizə olunacağına əminliyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov bildirmişdir ki, bu gün muxtar respublikada tarixi keçmişimizi özündə yaşadan arxiv sənədlərinin qorunması və saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İstifadəyə verilən yeni bina da arxiv işçilərinə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Yaradılan yüksək şərait arxiv fondlarında saxlanılan yüz minlərlə sənədin etibarlı şəkildə mühafizə olunmasına imkan verəcəkdir.
Baxış zamanı məlumat verilmişdir ki, yenidənqurma işləri aparılarkən bina dəmir-beton konstruksiyalarla möhkəmləndirilmiş, əlavə olaraq bir mərtəbə də artırılmışdır. Burada Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi və Dövlət Arxivinin səmərəli fəaliyyəti üçün yüksək iş şəraiti yaradılmışdır. Bina inzibati və sənədlərin saxlanma fondları olmaqla, iki hissədən ibarətdir. İnzibati hissə zirzəmi ilə birlikdə 5, fondlar olan hissə isə 6 mərtəbəlidir. Binanın inzibati hissəsində kitabxana və 20-dən artıq iş otağı, kino-foto sənədləri və kompyuter otaqları, mətbəx və yemək otağı, 64 yerlik iclas zalı vardır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında