Azərbaycanlı qadınlardan ibarət nümayəndə heyəti İsveçdə səfərdədir

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılığı ilə qadın təşkilatlarının nümayəndələrindən ibarət heyət sentyabrın 24-də İsveçə səfər etmişdir. 
Azərbaycanın İsveçdəki səfirliyindən bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə iş qadınları ilə yanaşı, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova, Bakı Dövlət Universitetinin professorları Ədibə Paşayevə və Kamilə Əliyeva da daxildir.
Sentyabrın 29-da başa çatacaq səfər zamanı Azərbaycan nümayəndə heyəti İsveçin Xarici İşlər Nazirliyində və parlamentində "Demokratik dövlətlərdə qadınların rolu" mövzusunda keçiriləcək "dəyirmi masa"larda iştirak edəcəkdir. Bundan başqa, Stokholm meriyasının binasında Azərbaycan və İsveç nümayəndə heyətlərinin iştirakı ilə təcrübə seminarı keçiriləcəkdir. İsveçdə və Finlandiyada fəaliyyət göstərən diaspor təşkilatlarının fəallarının iştirak edəcəkləri seminarda siyasət, təhsil, səhiyyə sahələrində, eləcə də özəl sektorda qadınların rolu mövzusu ətrafında fikir mübadilələri aparılacaqdır.
Səfər zamanı Azərbaycan nümayəndə heyətinin İsveç parlamentinin vitse-spikeri xanım Susanne Eberşteyn, Stokholm şəhər Şurasının rəhbəri xanım Marqareta Byork, Stokholmun qubernatoru xanım Kris Heister, İsveç Kral Operasının baş direktoru xanım Birgitta Svenden və İsveçin qadın və kişi bərabərliyi üzrə naziri xanım Nuymko Sabuni ilə görüşləri nəzərdə tutulur. Nümayəndə heyəti, həmçinin İsveç iş qadınları tərəfindən idarə olunan "East Capital" və "ALMİ" şirkətlərində olacaqdır.
Sentyabrın 24-də Stokholmun qədim "Salskapetd" klubunda Azərbaycan səfirliyi tərəfindən ziyafət təşkil edilmişdir. Ziyafətdə Azərbaycan nümayəndə heyətinin üzvləri ilə yanaşı, İsveçin iş qadınları, bu ölkənin Xarici İşlər Nazirliyinin nümayəndələri və parlamentinin deputatları, ziyalılar, Nobel ailəsinin üzvləri, İsveçdə və Finlandiyada fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri də iştirak etmişlər. Ziyafətdə Hicran Hüseynova İsveçin "Qadınlar və demokratiya" qeyri-hökumət təşkilatının sədri, Azərbaycan-İsveç Qadınlar Şurasının həmsədri xanım Marqareta Ling-Vanerusa Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təsis olunmuş fəxri medal təqdim etmişdir.
Ziyafətdə Finlandiyada yaşayan musiqişünas Kamal Aşurbəyov fortepianoda Azərbaycanın tanınmış bəstəkarı Tofiq Quliyevin, həmçinin İsveç və Finlandiya bəstəkarlarının əsərlərini və Azərbaycan milli musiqisinin parlaq nümunəsi olan "Sarı gəlin"i ifa etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında