Dövlət Sosial Müdafiə Fondunda yerli orqanların işi müzakirə edilmişdir

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) keçirilən növbəti geniş kollegiya iclası korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planına və Fondun yerli orqanlarında icra intizamının gücləndirilməsinə həsr olunmuşdu.
Fondun sədri Səlim Müslümov çıxışında vurğulamışdır ki, bu ilin arxada qalan dövrü ərzində ölkəmiz öz iqtisadi inkişaf tempinə görə öncül mövqeyini qoruyub saxlamışdır. Azərbaycanın iqtisadi baxımdan dinamik inkişafını şərtləndirən amillərdən biri də korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qətiyyətli siyasətdir.
S. Müslümov çıxışında dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə 2007-2011-ci illərdə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində DSMF-də görülən işlərə toxunmuşdur. Fondun sədri bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılmasına xidmət edir. O, Milli Fəaliyyət Planı çərçivəsində fondda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışaraq, şöbə müdirlərinə müvafiq tapşırıqlar vermişdir.
İclasda fondun yerli orqanlarında icra intizamının gücləndirilməsi sahəsində həyata keçiriləcək tədbirlər, həmçinin mövcud problemlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunmuş, fondun yerli orqanlarının fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilmişdir.
Kollegiya iclasında fondun orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, vətəndaşların müraciətlərinin operativ şəkildə araşdırılması, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilmiş və bu məsələlərlə bağlı bir sıra qərarlar qəbul olunmuşdur.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında