"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun ehtiyatlarının yalnız 27 faizi istifadə olunub

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarının istismarını nəzərdə tutan "Əsrin müqaviləsi" çərçivəsində indiyədək 284 milyon ton neft hasil olunub.
Bu isə yataqlar blokunun ümumi ehtiyatlarının 27 faizini təşkil edir. Bu barədə "APA-ECONOMICS"ə Azərbaycanın neft sənayesində təmsil olunan yüksək səviyyəli mənbə adı çəkilən yataqların guya tükəndiyi barədə xarici mətbuatda yayılan məlumatlara münasibət bildirərkən məlumat verib.
"Yataqlardakı neft ehtiyatlarının həcmi dəyişməyib və hazırda burada 755 milyon ton neft ehtiyatı qalıb", - deyə mənbə bildirib.
Qeyd edək ki, xarici mətbuat orqanlarında yayılan məlumatlarda "Azəri" yatağında müşahidə olunan neft hasilatının azalması adı çəkilən yataqların ehtiyatlarının tükənməsi ilə izah olunur. Lakin mənbə bunları da təkzib edib: "Azəri" yatağında hasilatın azalması bu səbəblə deyil, digər texniki məsələlərlə bağlıdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında