"Azərbaycanın dəmir yolunun yenidən qurulması" layihəsinin maliyyələşdirilməsinə dair kredit müqaviləsi imzalanmışdır

İyunun 21-də Nəqliyyat Nazirliyində Azərbaycan Respublikası ilə Çexiya Respublikasının "Çex İxrac Bankı" ("Çeşka Exportni Banka A.S") arasında "Azərbaycan dəmir yollarının yenidən qurulması" layihəsinin maliyyələşdirilməsinə dair çərçivə kredit müqaviləsi imzalanmışdır.
Müqaviləni Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, zəmanət sazişini maliyyə naziri Samir Şərifov, Çexiya tərəfdən "Çex İxrac Bankı" Direktorlar Şurasının sədri Lubomir Pokorny imzalamışlar.
Nəqliyyat Nazirliyindən bildirmişlər ki, müqaviləyə əsasən, 215 milyon avro dəyərində layihə 3 il müddətinə həyata keçiriləcəkdir. Kredit 8 il müddətinə verilir. Alınacaq vəsaitlə Azərbaycanın dəmir yol təsərrüfatının daha da inkişaf etdirilməsi, Bakı-Böyük Kəsik marşrutu üzrə 317 kilometr yolun əsaslı təmiri nəzərdə tutulur. Bu, marşrut üzrə yük və sərnişin qatarlarının hərəkət sürətinin artırılmasına imkan yaradacaqdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında