Sizin uğurunuzun sirri nədədir? Bu suala cavab birmənalı ola bilməz, belə ki, hər bir işin öz ayrıca qurulmuş planı və məqsədi olmalıdır. Müasir zəmanədə, ən geniş təkliflər və aktiv rəqiblər olan bir erada digər şirkətlərlə eyni sahədə uğurla öndə getmək elə də asan deyil. Bu səthdə nəinki möhkəm qalmaqda, həm də tanıtım, hörmət və stabillik saxlamaqda nə yardım edir? Bu sualla biz mebel strukturunun rəhbəri , İtaldizain Group şirkətində İdea mebel salonunun direktoru Rəşad Hacılıya müraciət etdik:
Rəşad müəllim, əgər sizə, belə qarşılıqlı anlaşma və hörmətə nail olmağın resepti bəllidirsə, onu bizimlə bölüşə bilərsinizmi?
-Mənim fikrimcə, "reseptin" əsas komponenti sadə həqiqətdir: alıcılara yalnız keyfiyyət və əla xidmət təklif edərək siz arzu etdiyiniz nəticələrə nail olacaqsızınız. Fırıldaqçılıq üzərində qurulan hər bir şey tez bir zamanda zərər gətirər.
İdea salonunun əsas kapitalı- bizim müştərilərimizdir, daha doğrusu, onların əminlikləridir ki, bizim holdinqin hər bir strukturunda neqativ hallarla üzləşməkdən sığortalanıblar və onlara öz zövqlərinə və büdcələrinə uyğun seçim etməkdə hər zaman yardım edəcəklər.
Bütün qeyd etdiklərimə əsas olaraq onu əlavə edə bilərəm ki , hər bir zaman uğuru doğru getmək lazımdır, yəni həmişə fəaliyyətin yeni müasir formalarını axtarmaqdır. Məhz bu İtaldizain Group şirkəti strukturlarının qarşısında duran əsas məqsəd hər bir vaxt müasir dövrə uyğun yeni qərarlar qəbul etməkdir.
Reklam klipində "baş rolda" İDEA salonun olması İtaldizain Group şirkətinin yeni siyasətinin təzahürüdürmü?
-Baxmayaraq ki, klip hələ nümayiş olunmayıb, mənə çox xoşdur ki, artıq mediada hamı onun haqqında danışır. Video reklamı ticarət sistemini müəssisələrin fəaliyyətinin yeni forması adlandırmaq düzgün deyil. Hər şey bu məsələyə yanaşmaq tərzindən asılıdır. Hər birimizi nə vaxtsa bayağı və keyfiyyətsiz reklam narahat edib.
Əgər mən desəm ki, İdea salonu üçün video rolik sifariş edərkən biz ən sonda reklam haqqında düşünmüşük, zənnimcə, heç kəs bizə inanmayacaqdır.
Lakin mən tam əminliklə deyə bilərəm ki, bizim əsas məqsədimiz alıcı auditoriyasını "Evinizə xoş gəlmisiniz" devizi ilə İdea dünyası ilə tanış etməkdir. Onu qeyd etmək istərdim ki, klipin çəkilişləri məşhur italyan studiyası Collateral Films tərəfindən aparılmışdır. Bu studiya tanınmış dünya brendləri olan Gucci, Armani, Velvet, Carpisa, Fratelli Rosseffi ilə yaxından əməkdaşlıq edir. Onu da əlavə edə bilərəm ki , Collateral Films məşhur italyan teatrı La Scala- nın texniki sponsorudur.
Collateral Films studiyası tanınmış brendlərin fəlsəfəsinin təzahürünü, onların kreativ və novator qərarlarını tamaşaçıya çatdırmaqda fərqlənir.
İki növ klip versiyası ərsəyə gətirilmişdir. İlk versiya televiziya reklamı üçün nəzərdə tutulmuşdur, ikinci versiya isə daha geniş formada ( İdea salonunun tam nümayişi və hətta istehsalatın bəzi etaplarının nümayişi ilə ) şəhərimizin bəzi monitorlarında və sosial mediada nümayiş üçün nəzərdə tutulub. Bu reklamı yaratmaq ideyası göstərir ki, İdea geniş istehlakçı kütləsi üçün nəzərdə tutulmuşdur.
Sizin sualınıza cavab olaraq onu deyə bilərəm ki, İDEA və Collateral Films studiyasının yaradıcılıq birliyi mühüm layihə olaraq mebel sferasında Azərbaycan şirkəti tərəfindən ilk dəfə olaraq təşkil olunmuşdur. Bu layihənin uğurla ərsəyə çıxarılması isə sözsüz ki, həm İDEA salonunun, həm də Collateral Films studiyasının inkişafında yeni perspektivlərə yol açır.
Sentyabrın 20-də paytaxtımızın mədəniyyət xadimlərinin iştirakı ilə video klipin qapalı təqdimatı keçirilmişdir. Onların sırasında Azərbaycan Respublikasının əməkdar artisti Şəfiqə Məmmədova, Kinomatoqrafçılar İttifaqının üzvləri Mehriban Ələkbərzadə, Nəriman Məmmədov, Mayıs Ağabəyov, Natiq Rəsulzadə, Cəmil Quliyev, Amin Novruzov, incəsənət sahəsinin tanınmış simaları Nərgiz Cəlilova, Cavid İmamverdiyev, Kamilla Babayeva, Nigar Köçərli və medianın digər üzvləri vardı.
Yaxın günlərdə video klip televizayada və şəhərimizin monitorlarında nümayiş olunacaqdır.
Hal-hazırda İDEA mebel salonunda Essential Home adlı proyekti yeni konsepsiyası ilə fəaliyyətə başlamışdır. Bu barədə məlumat verərdiniz, mən hesab edirəm ki, bu, bizim şəhər üçün innovativ layihədir.
-Essential Home - hazır evin konsepsiyasıdır. Ənənəyə sadiq qalaraq biz bu proyektə ən mühüm yer ayırırıq- birinci mərtəbənin mərkəzi hissəsi. Eksklüziv və yeni modellərə uyğun şərait yaratmaq üçün bura hər il təmir olunur. Bu layihə üçün Colombostile, Asnaghi, Turati Boiseries, Molteni, Soher, Tura, Turri, Francesco Molon kimi Avropanın ən öndə gedən fabriklərinin mebelləri və aksessuarları seçilir, əsasən onları məşhur mebel sərgisindən ayırıb seçirik.
2012-ci ilin Essential Home adlı layihənin xüsusiyyətləri hansılardır? Bu kolleksiyanı əldə etmək olarmı?
-Essential Home zonası sentyabr ayının ilk günlərində artıq alıcılarımıza təqdim olunub. Bu layihə qonaq otağı, istirahət və iş otaqları, iki yataq otağı, mətbəx, iki vanna otağı ilə təmsil edib. Bu il Essential Home 2012 proyekti məşhur dizayner Samuel Matsa tərəfindən yaradılmış Columbo Couture kolleksiyasından ibarətdir. Chanel üslubunda səciyyəvi xüsusi elementlər, mebelə xüsusi zəriflik bəxş edir.
O ki, qaldı sualınızın ikinci hissəsinə, yaşayış məkanının bütünlüklə nümayişi alıcıya onu tam şəkildə əldə etməyə təkan verəcəkdir.
İDEA salonu yalnız VİP müştərilər və ya orta sinif alıcılar üçün mövcuddur ?
-İDEA salonu geniş qiymət siaysəti ilə fəaliyyət göstərir . Bu fakt fərqli gəlirə malik alıcılarımızın öz istəklərini reallaşdırmağa imkan verir.
İDEA mebel salonunda mebel əldə edərkən, çatdırılma müddəti nə qədərdir?
Əgər alınan mebel bizim mağazamızın anbarındadırsa, 1 həftə ərzində sizin evə çatdırılacaqdır və həmin gün quraşdırılacaqdır.
Əks halda mebel Avropa ölkələrindən gətiriləcəkdir və istehsalatla birlikdə 2-3 ay çəkəcəkdir.
İtaldizain Group haqqında daha geniş məlumat almaq istərdik .
Holdinqin fəaliyyəti 5 strukturun əsasında qurulmuşdur: zərgərlik məmulatları, mebel, santexnika, billur, qab-qacaq .Holdinqin öz növbəsində ümumilikdə Azərbaycan daxilində və hüdudlarında 25 butikləri və salonları mövcuddur.
İtaldizain Groupun əsas idarəedici sistemi Bakı şəhərində fəaliyyət göstərir.
İtaldizainin tarixi 1996-cı ildən başlayır. İlk təqdim olunan məhsul İtaliyadan gətirilən mətbəx mebeli olmuşdur.
Ciddi səy dəyəri, peşəkar yanaşma, biznes sahəsində hesab, cari elmi-nəzəri hesablamalar nəzərə alınmaqla marketinq, idarəetmə vasitəsi ilə yeni başlanmış biznesi müasir tələblərinə cavab verən geniş miqyaslı birliyinə çevirildi.
Hal-hazırda dəbdə nədir? Ev interyerini təkmilləşdirmək və yeniləmək arzulayanlar üçün nə tövsiyə edərdiniz?
-Bu sualda cavab daha çox alıcının individuallığından, onun zövqündən , baxışlarından, yaşından və s. asılıdır.
Zamandan asılı olmayan müasir əbədi dəbli klassika və öz yenilikləri ilə daima dəyişən modern.
O ki qaldı 2012-ci ilin əsas dəbi art deco və modern detallarını özündə birləşdirən neo klassisizmdir. Bu üslub özündə dəqiqliyi , xüsusi şarmı, keyfiyyəti təzahür edir və ali kateqoriyalı qiymətli ağac və xüsusi keyfiyyətli parçaların istifadəsi ilə fərqlənir. Bir daha onu qeyd etmək istərdim ki, seçimdə hər şey fərdidir.
Məsləhət olaraq onu deyərdim ki, hətta öz zövqünüzə inanaraq evinizin interyer dizaynını dəyişən zaman çalışın yenə də mütəxəssis dizaynerlərlə məsləhətləşəsiniz, kataloqlar müşahidə edin və zövqlü mebel salonlarında gəzişin. O zaman siz özünüz ideyalardan ilham alacaqsınız və bu, həyatınızı komfortlu və rahat edəcəkdir.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.