İDEA Ətraf Mühit Kampaniyası növbəti ekoloji maarifləndirmə layihəsi həyata keçirir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başlanmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA növbəti ölkə miqyaslı ekoloji maarifləndirmə layihəsinə start vermişdir. 
AzərTAc xəbər verir ki, sentyabrın 24-də İDEA kampaniyası tərəfindən həyata keçirilən "Yaşıl Azərbaycan naminə" layihəsinin iştirakçıları Qız Qalasının yaxınlığında bir araya gələrək rəmzi olaraq xüsusi hazırlanmış "yaşıl avtobuslar"la Azərbaycanın rayon və şəhərlərinə yola düşmüşlər. Layihə çərçivəsində ölkəmizin 20 şəhər və rayonlarının orta məktəb şagirdləri üçün maarifləndirici seminarlar keçiriləcəkdir. Seminarları on ali təhsil ocağının 3-4-cü kurs tələbələri olan "yaşıl təlimçilər" aparacaqlar. Ekoloji seminarlar sentyabr-oktyabr aylarında keçiriləcəkdir.
Layihənin əsas məqsədi şagirdləri ekoloji məsələlərlə bağlı maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini artırmaq, təbiətə dost münasibət hisslərini aşılamaq, eləcə də İDEA kampaniyasının regionlarda ətraf mühit sahəsində "yaşıl könüllülər" komandasını inkişaf etdirməkdir.
İDEA-nın başlıca məqsədi planetimizi müdafiə etmək və gənclərə ekoloji problemlər barədə məlumat verməkdir. Yaradıldığı bir il ərzində İDEA xeyli maraqlı və uğurlu layihələr həyata keçirmişdir. Onların sırasında ağac əkilməsi, kökü kəsilməkdə olan heyvanların mühafizəsi, quş yuvalarının quraşdırılması, konfransların, fotosərgilərin, seminarların keçirilməsi də vardır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında