İlham Muxanetsin: Bakının qədim və müasir memarlıq nümunələri bu şəhərə xüsusi gözəllik verir

Mən Azərbaycanı Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu bir ölkə kimi səciyyələndirərdim.
AzərTAc xəbər verir ki, bu sözləri sentyabrın 23-də dünya şöhrətli müğənni Cennifer Lopezin "Bakı Crystal Hall"un möhtəşəm səhnəsində keçirilən konsertində iştirak edən Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərindən gəlmiş İlham Muxanetsin söyləmişdir.
İlk dəfə olaraq dünya şöhrətli müğənni C.Lopezin konsertinə qatıldığını deyən İ.Muxanetsin "Baku Crystal Hall"un möhtəşəmliyindən söz açmış, akustikanın, təchiz edilmiş texniki avadanlığın yüksək səviyyədə olduğunu xüsusilə qeyd etmişdir.
Bakıya artıq bir neçə dəfə gəldiyini deyən İ.Muxanetsin bildirmişdir ki, Xəzərin sahilindəki Dənizkənarı Milli Parkda istirahət üçün hər bir şərait yaradılmışdır: "Buranın iqlimi da gözəldir. Bakının qədim və müasir tikililəri diqqəti xüsusilə cəlb edir. Sakinlərin qonaqpərvərliyini, qayğıkeşliyini isə unutmaq mümkün deyildir".
Qonaq Azərbaycan haqqında ən gözəl təəssüratlarını öz həmvətənləri ilə məmnuniyyətlə bölüşəcəyini də bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında